MURAD AĞAKİŞİYEV: “QARABAĞ” QÜDRƏTLİ GÜNLƏRİNİ GERİ QAYTARACAQ”

single-news
30 May 2007

MURAD AĞAKİŞİYEV: “QARABAĞ” QÜDRƏTLİ GÜNLƏRİNİ GERİ QAYTARACAQ”



O,müasir futbolumuzda prespektiv vəd edən ən güclü futbolçulardan hesab olunur. Cəmi 21 yaşı olsa da artıq Azərbaycan millisinin Finlandiyanın məğlub etdiyi matçda oyunuyla göz doldurdu. Yəqin söhbətin MURAD AĞAKİŞİYEVdən getdiyini anladınız. Bəli, gənc ulduz “Qarabağ”la müqavilə imzaladıqdan sonra ilk müsahibəsini klubun rəsmi internet səhifəsinə verdi.
- Murad, ilk öncə səni yeni kluba keçidlə bağlı təbrik edirik
- Çox sağ olun, minnətdaram.
- İlkin təəssüratlarını bizimlə paylaşardın
- Nə deyə bilərəm. Futbolçu üçün ən əsası futbol oynamaqdır. Mən də tezliklə hazırlıqların başlanmasını gözləyirəm. Məşqlərin başlanmasını səbirsizliklə gözləyirəm.
- Murad etiraf edək ki, müasir dövrümüzdə istedad qıtlığı yaşansa da sən hal-hazırda “üzdə” olan ən güclülərdən sayılırsan...
- Deməzdim ki, özümü güclü futbolçu hesab edirəm. Sadəcə, harada oynamağımdan asılı olmayaraq əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Bu alınır yoxsa yox, bunu ancaq futbol ictimaiyyəti qərar verə bilər. Əgər, oyuununmla kiminsə rəğbətini qazanmışamsa buna ancaq sevinə bilərəm. 
- Hər halda “artım” göz qabağındadır
- İlk növbədə istək amilini qeyd etməliyəm. Meydanda olanda uğurdan başqa heç nə fikirləşmirəm. Futbolu çox sevirəm. Bu sevgi mənim gündən-günə təkmilləşməyimə kömək edir.
- “Qarabağ” növbəti mövsümdə qarşısına böyük hədəflər qoyub. Hər halda bu sənin bu komandanı seçəməyində rolu olub.
- Əlbəttə. Bura gəlməyimin əsas səbəblərindən biri “Qarabağ”ın adı və rəhbərliyin insanı yanaşmasıdır. Eyni zamanda Rasim Kara kimi peşəkar məşqçini də unutmaq lazım deyil. Rasim bəy yetərincə tanınmış məşqçidir. Buranı seçməyimdə onun az rolu olmayıb. Mənim üçün əsas məsələ deyil. Əvvəlki, klubumda mənə istədiyim məbləği verəcəklərini bilirdim. Rəhbərliklə də heç bir problemim yox idi. Lakin qeyd etdiyim kimi, Rasim Kara olayı məni “Qarabağ”a gətirdi.
- Rasim Karanın sənin üçün bu qədər önəmlidi?
- Bəli. Əgər başqa məşqçi olsaydı bəlkə də bir qədər fikirləşərdim. Amma Rasim bəyin istəyini tərəddüdsüz qəbul etdim.
- Rasim bəylə ilk görüşünüz necə keçdi?
- Mənimlə çox səmimi söhbət etdi. Sizə inandırım ki, elə bil balaca qardaşı ilə danışırdı. Bu söhbət sonra “Qarabağ”a gedəcəyimi qət etdim.
- Bələ bir inam və etibar qarşısında çempion olacağınıza inanaq?
- Hər şey də olduğu kimi inam ən önəmli amildir. Əlbəttə müəyyən hədəflər olmasaydı, bura gəlməzdim. Amma belə məşqçinin olduğu yerdə inam və ambisiya mütləq olur.
-Hər bir ambisiyalı futbolçu Avropada çıxış etməyi arzulayar. Bəs sən necə?
 - İnşallah, bunu kim istəməz ki. Hoca mənimlə iki illik müqavilə bağlamağı təklif edən Avropadan təklif gələcəyi təqdirdə gedəcəyimi təşkil edəcəyini bildirib. Hətta, mənim bu səviyyə yüksəlməm üçün hər şey edəcəyini də bildirdi. Bunun üçün isə ilk növbədə “Qarabağ”a layiq olduğu yerə gətirməyə kömək etməliyəm.
- Murad, indiyə kimi bir neçə mövqedə oynamısan. Əsl Muradı harada görmək istəyirsən?
- Düzdü. Sağ, sol, hücumçuların arxasında və ən nəhayət Olimpiya millisində hücumçu kimi də oynamışam. Hətta bir oyunda sağ cinah müdafiəçisi kimi də çıxış etmişəm(gülür). Ona görə də hər yerdə oynamağı öyrənmişəm. Əsas odu ki, komandaya fayda verə bilim.
- Deməyim odur ki, Millinin hücumçuları Kənan Kərimov və Vaqif Cavadov da “Qarabağ”da çıxış edir. Rəqabətdən çəkinmirsən?
- Yox, niyə qorxmalıyam. Elə olsa onda gərək futbol oynamayaq. Milliyə gedən də belə söhbətlər var idi. Lakin əslində rəqabət futbolçunun artırmasına kömək olur. Başqa sözlə rəqabətə ancaq sevinmək lazımdır.
- Belə çıxır ki, bir yerdə oynamığınız sizə daha çox xeyir verəcək.
Əlbəttə. Millinin toplantısında bir yerdə olmuşuq. Zənnimcə hansı mövqedə oynamağımızdan asılı omayaraq komandanı qarşısıalınmaz komandaya çevirə biləcəyik.
- Sonda azarkeşlərə nə demək istəyirsən?
-  Söz verirəm ki, komandanın adına layiq yerdə olmasın görə əlimdən gələn köməyi edəcəm. İnşallah, tezliklə “Qarabağ” qüdrətli günlərini geri qaytaracaq...

Paylaş

// pop up