MUSTAFA DƏNİZLİ: "UŞAQ KİMİ HƏYƏCANLANDIM..."
MUSTAFA DƏNİZLİ: "UŞAQ KİMİ HƏYƏCANLANDIM..."
Mustafa Dənizli 1 illik müqaviləyə imza atdı...
Ərtoğrul Sağlamın istefasından bir neçə gün sonra "Beşiktaş" yeni Baş Məşqçisi ilə bir illik müqavilə imzaladı. İmza mərasimindən sonra mətbuat nümayəndələrinin suallarını cavablandıran 59 yaşlı mütəxəssis maraqlı açıqlamalar verdi:
“Beşiktaş”ın bazasına girəndə, ilk dəfə məktəbə gedən uşağın keçirdiyi həyəcanı yaşadım. Futbolçu karyeramda bu kluba gələ bilmədim, Amma çox arzulayırdım. Ancaq bu gün “Beşiktaş”ın baş məşqçisi qismində həyatımın ən önəmli vəzifələrindən birinin icrasına start verirəm. Məndən nələr gözlədiklərini bilirəm. Komandamın uğurları üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
ənizli tezliklə “ağ-qaralı” klubda islahatlara başlayacağını vurğulayıb. O, dövrələrarası fasilədə xorvatiyalı Antoni Seriç başda olmaqla, bir neçə futbolçu ilə yollarını ayıracaqlarını söyləyib. Çalışdırıcı, həmçinin bildirib ki, yaxın 2 həftə ərzində “Beşiktaş” futbolçularının mətbuatla ünsiyyətinə məhdudiyyət qoyulacaq: “Bu o demək deyil ki, əlaqə yaratmağa qəti imkan verilməyəcək. Sadəcə, futbolçularla çox az ünsiyyətdə olacaqsınız. Çünki qarşıdakı 2 həftəni köməkçilərimlə birgə komanda üzvlərini tanımağa həsr edəcəyəm”.
Xatırladaq ki, "Beşiktaş"da Mustafa Dənizliyə Tayfur Havutçu, Stefano Moreno və qapıçılarla işləyən Zəfər Öğer kömək edəcəklər.