MUSTAFA ENGİN ƏSAS RƏQİB KİMİ "KARVAN"I GÖRÜR.(Futbol+,21-22 dekabr)

single-news
23 Dek 2004

MUSTAFA ENGİN ƏSAS RƏQİB KİMİ "KARVAN"I GÖRÜR.(Futbol+,21-22 dekabr)



"Qarabağ"ın türkiyəli legioneri Mustafa Engin Özmən "Turan"la oyunda debüt etdi.Yarımmüdafiəçi meydanda az vaxt keçirsə də, ciddi səhvlər buraxmadı.Matçsonrası ayaqüstü söhbətləşməyə imkan tapdığımız legioner "Qarabağ"la yüksək zirvələr fəth etmək arzusunda olduğunu bildirdi. - Çoxdan komandada olsam da, səfər matçlarında meydana çıxmamışdır.Qiyməti siz verin. - Bir az Türkiyədəki futbolçu karyeran haqda danışardın. - Üç il "Ankaragücü"ndə, superliqada oynamışam.Eyni zamanda, "Əskişəhərspor"da oynamışam.Hazırda Türkiyə millisini çalışdıran Ərsun Yanalın rəhbərliyi altında da oynamışam.İndi isə gördüyünüz kimi, "Qarabağ"dayam. - Səncə Azərbaycana gəlməklə geriyə doğru addım atmamısan? - Qətiyyən.Burada da güclülər dəstəsi komandasında oynayıram və hər şeyin yaxşı olacağını fikirləşirəm. - Yəqin Türkiyə və Azərbaycan futbolu arasında uçurum olduğunu gördün. - Türkiyə dünya üçüncülüyünü qazanmış ölkədir.Bu üzdən fərq böyükdür.Azərbaycan isə beynəlxalq arenada ilk addımlarını atır. - "Qarabağ"da komandadaxili atmosfer ürəyincədirmi? - Burada gözlədiyimdən də artıq mehribanlıqla üzləşdim.Artıq futbolçuların bir çoxuyla yaxın dostluq əlaqəsi qurmuşam.Hamı bir- birinə dəstək olur.Azarkeşlər də komandanı hər oyunda dəstəkləyir.Bu çox xoşuma gəlir.Futbolçulardan Namiq Həsənov, Emin İmaməliyev, eləcə də Samir Musayevlə daha yaxınam. - Çempionatımızın səviyyəsi haqda nə deyə bilərsən? - 7-8 komanda çempionluq uğrunda mübarizə aparır.Bu kollektivlər digərlərindən dərhal seçilir.Amma "Qarabağ"ın hədəfi birincilikdir.İnşallah, yekunda biz çempion olarıq.Yalnız ot örtüyünün vəziyyəti ürəkaçan deyil.Oqtay Dərəlioğlu ilə tez-tez görüşüb, bu məsələni müzakirə edirik.Belə vəziyyətdə zədələnməməyin özü böyük qəhrəmanlıqdır.Yalnız T.Bəhramov adına Respublika stadionunu bəyənirəm. - Legioner daim əsas heyətdə oynamaqla digərinə nümunə olmalıdır.Səni nə vaxt ilk "11lik"də görəcəyik? - Hər şey çalışmaqdan lazımdır.Mən də üzərimdə ciddi işləyirəm.Qısa zaman kəsiyində əsas heyətə düşəcəyimə inanıram. - Çempionluq yolunda əsas rəqib kim olacaq? - Məncə, "Karvan". Bu komanda Türkiyədə təlim-məşq toplanışında olarkən oyununu izləmişəm."Beşiktaş"la matçda xoş təsir bağışladı."Neftçi" də güclü komandadı.Amma əsas mübarizəni "Karvan"la aparacağımıza şübhəm yoxdur.

Paylaş

// pop up