MUSTAFA ENGİN KOCAELİSPORA YOX DEDİ (HET-TRİK, 08.07.2005)

single-news
8 İyl 2005

MUSTAFA ENGİN KOCAELİSPORA YOX DEDİ (HET-TRİK, 08.07.2005)



Artıq söyləmək olar ki, "Qarabağ"ı aparıcı futbolçuların hamısı tərk edib. Ancaq ağdamlıların türk legioneri Mustafa Engin Özmen "Qarabağ"ı tərk etmək fikrində deyil. "Milliyet" qəzetinin yazdığına görə, Türkiyənin 2-ci liqa kateqoriyasında çıxış edən "Kocaelispor" klubu Özmənlə danışıqlar aparsa da, sözləşmə alınmayıb. "Ankaragücü", "Ankarademirspor", "Şekerspor", "Eskişeherspor" komandalarının şərəfini qoruduqdan sonra karyerasını "Qarabağ"da davam etdirən Mustafa Engin ağdamlılarla Azərbaycan çempionu olacağına inanır. Oynadığı komandasından məmnun qaldığına və başqa təkliflərin olmasına baxmayaraq, "Qarabağ"dan ayrılmağı fikirləşmədiyini söyləyən Mustafa Engin burada futbolçu üçün hər çür şəraitin olduğunu və Azərbaycanda futbolu davam etdirmək istədiyini bildirib.

Paylaş