Mustafa Engin "Qarabağ"da qalacaq. O, TÜRKİYƏ MƏTBUATINA MÜSAHİBƏSİNDƏ BELƏ DEYİB (ÜÇ NÖQTƏ, 07.07.2005)

single-news
7 İyl 2005

Mustafa Engin "Qarabağ"da qalacaq. O, TÜRKİYƏ MƏTBUATINA MÜSAHİBƏSİNDƏ BELƏ DEYİB (ÜÇ NÖQTƏ, 07.07.2005)



Xəbər verildiyi kimi mövsümlərarası fasilədə ölkə çempionatını 6-cı pillədə başa vuran Ağdamın "Qarabağ" komandası bir çox futbolçuları ilə yollarını ayırıb. Klubun bəzi oyunçuları artıq başqa komandalarla müqaviləyə imza atıblar. Ağdam təmsilçilərinin türkiyəli yarımmüdafiəçisi Mustafa Engin isə "Qarabağ"dan ayrılmayacağını qeyd edib. O, bu barədə Türkiyənin nüfuzlu "Milliyət" qəzetinə açıqlamasında məlumat verib. Verilən məlumatda sözügedən futbolçu ilə Türkiyənin "Kocaelispor" komandasının uzun müddətdən bəri maraqlandığı bildirilir. Türk klubu futbolçunu əldə etmək üçün bu yaxınlarda növbəti təklif göndərib. Əvvəllər Türkiyənin bir neçə tanınmış komandasında forma geyən Engin isə "Qarabağ"ı tərk etmək niyyəti olmadığını açıqlayıb. O, "Qarabağ"da oynamaqdan məmnun qaldığını vurğulayaraq bir çox təkliflər olsa da klubu tərk etməyəcəyini söyləyib. Yarımmüdafiəçi Azərbaycanın iddialı komandalarından birində forma geydiyini diqqətə çatdıraraq arzusunun "Qarabağ"la çempionluq yaşamaq olduğunu qeyd edib. Futbolçu növbəti mövsümdə bu arzunu reallaşdıracaqlarına inandığını da diqqətə çatdırıb.

Paylaş