Mustafa Engin "Qarabağ"ın ən yaxşı legioneri seçilib( ÜÇ NÖQTƏ, 20.07.2005)

single-news
20 İyl 2005

Mustafa Engin "Qarabağ"ın ən yaxşı legioneri seçilib( ÜÇ NÖQTƏ, 20.07.2005)



"Qarabağ"ın rəsmi internet səhifəsində klubun ötən mövsümdə heyətində yer alan ən yaxşı əcnəbi futbolçunu müəyyənləşdirmək üçün keçirdiyi sorğu başa çatıb. Sorğuda iştirak edənlarin 48 faizi klubun türkiyəli oyunçusu Mustafa Engini ən dəyərli legioner oyunçu kimi göstəriblər. Səsvermədə iştirak edənlərinlərin 16 fazi isə "Qarabağ"a yeni legionerlərin gətirilməsini təklif ediblər. Bolqarıstanlı İvan Karamanov isə sorğuda iştirak edənlərin 14 faizinin etimadını qazana bilib. Denis Sokolovski 4, Vladimir Boqaç isə cəmi 1 faiz səs əldə edib. Sorğuda iştirak edənlərin 9 faizi heç bir legionerin xidmətlərindən razı qalmayıb. Bundan başqa 2 faiz iştirakçı bütün əcnəbilərin oyunlarından razı qaldıqlarını bildiriblər. Hazırda klub daha bir sorğu keçirir. Bu dəfə "Qarabağ"ın ötən mövsümdə ən yaxşı oyunçusu aşkar olunacaq.

Paylaş

// pop up