"M.Y" CƏZALANDI...
24 Sen 2008
"M.Y" CƏZALANDI...
İngiltərə Futbol Assosiasiyasının Nizam-İntizam Komitəsi “Mançester Yunayted”i 25 min funt-sterlinq məbləğində cərimələyib. Buna səbəb isə Premyer-Liqanın 5-ci turunda “Çelsi” ilə keçirilən oyunda (1:1) “mankunianlar”ın 7 futbolçusunun sarı vərəqə almasıdır. Amma “M.Y”in baş məşqçisi ser Aleks Ferqyuson bununla razı deyil: “Oyun sərt məcrada keçirdi. Buna görədə yetirmələrim sərt oynamaq məcburiyyətində qalırdı. Lakin onların məqsədi rəqib futbolçuları zədələmək olmayıb”.