`M.Y.` ispanları qabaqladı
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/4778.jpg)
3 Fev 2012
`M.Y.` ispanları qabaqladı
2011-ci ildə Avropanın iqtisadi baxımdan ən dəyərli klubunun adı açıqlanıb.
`Brand Finance` adlı bir şirkətin apardığı hesablamalara əsasən ötən ilin ən dəyərli komandası İngiltərənin `Mançester Yunayted` klubu olub.
Ümumilikdə 30 komandanın yer aldığı siyahıda 8 İngiltərə, 7 İtaliya, 6 Almaniya, 4 İspaniya, 3 Fransa, 2 Hollandiya və 1 Portuqaliya klubu qərarlaşıb. 2010-cu ildə birinci olan `Real` (Madrid) klubu bu dəfə ikinci pilləyə enib.
`Barselona` klubu isə mövqeyini qorumağı bacarıb. 2010-cu ildə 3-cü olan Kataloniya təmsilçisi bu ildə mövqeyini tərk etməyib. Dördüncü pillədə isə Almaniyanın `Bavariya` klubu qərarlaşıb.