NACI ŞENSOY: "BİZİM BƏXTİMİZ GƏTİRDİ ! "

single-news
13 Avq 2005

NACI ŞENSOY: "BİZİM BƏXTİMİZ GƏTİRDİ ! "



Matçdan sonra mətbuat konfransı keçirildi. İlk öncə komandamızın baş məşqçisi öz fikirlərini bildirdi. Elxan Abdullayev (“Qarabağ” baş məşqçisi): “İlk növbədə hamınızı XIV Mİlli Çempionatın start götürməsi münasibətilə təbrik edirəm. Rəqib komandanı isə həm də qələbə münasibətilə təbrik edirəm. Gözəl oyun nümayiş etdirdilər. Amma mənim komandam da pis oynamadı. Matç çox maraqlı alındı. Mən belə də gözləyirdim. Amma son anda vurulan qol heç-heçəyə layiq oyunda sizə qalibiyyət gətirdi.Komandamdan razıyam. Yeni yığılmış komandanın oyun praktikasının azlığı öz sözünü dedi.” Nacı Şensoy (“Turan” baş məşqçisi): “Qısa müddət ərzində -20 gündə belə klub yaratdığına görə Elxan müəllimi təbrik edirəm. Mən gözləmirdim ki, ötən heyətin dağılmasından sonra belə mübariz heyət yarada biləcəksiniz. Bu matç heç-heçəyə layiq idi. Hər iki komanda qol vəziyyətləri yaratdı. Amma sonda bəxt bizim üzümüzə güldü və biz vacib 3 xal qazanaraq çempionata istədiyimiz kimi başladıq. İnanıram ki, sizin komanda gələcək turlarda qələbələrlə öz azarkeşlərini sevindirəcək. Mənə elə gəlir ki, sizin komandada yalnız fiziki hazırlıq bizim komandadan zəif olduğundan biz qalib gəldik. Amma deməliyəm ki, ikinci qolda digər amillərdən daha çox bəxt rol oynadı.“

Paylaş