NACI ŞENSOY: "TƏƏSSÜF Kİ . . ."
NACI ŞENSOY: "TƏƏSSÜF Kİ . . ."
Ötən turda “Qarabağ” – “Bakı” mücadiləsindəki hakim olayı sən demə təkcə bizim gündəmimizdə deyilmiş. Oyunun hakimi Rövşən Əhmədovun “qəhrəmanlığ”ının əks-səadası Türkiyəyə də gedib çatıb. Bunda “Qarabağ”ın rəsmi saytının matçın mübahisəli epizodlarının videogörüntülərinin yaymasının böyük rolu olub. Hər halda, başqa cür ola bilməzdi. Az. TV oyunu işıqlandırmadığından qardaş ölkədə baş verənlərdən təfsilatıyla xəbər tutmazdılar. Vaxtilə ölkəmizdə çalışmış və hər zaman qeyri-adi çıxışlarıyla gündəmdə olan, hazırda isə “İstanbulspor”u çalışdıran Naci Şensoy isə oyunu seyr etdiyini deyir. Naci bəyin Əhmədovun idarəçiliyinə olan münasibəti özünəməxsus oldu: “ Matçı seyr etdim. Təəssüf ki, Azərbaycan da heç nə dəyişməyib. İnanın mənə, az-çox başı çıxan bir inzibatçını buraxsan, həmin epizodda qırmızı vərəqə verməyə tərəddüd etməzdi. Futbolçu iki dəfə qola gedərkən dayandırılır, hakim isə buna fit çalmır. Superliqada hakimlərin belə səhvlərə yol verməsi mümkün deyil. Deməli, hələ Azərbaycanda hakimlərin və futbol funksionerlərinin futbola münasibəti dəyişməyib. Şensoyun qarşısını almağa gücünün çatmadığı haqsızlıqlar hələ də davam edir”.