Namiq Yusifov:`Biz çətin günlərin komandasıyıq`
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5466.jpg)
Namiq Yusifov:`Biz çətin günlərin komandasıyıq`
`Qarabağ`ımız `Sumqayt-şəhər`lə sonuncu oyunda gözlənilməz məğlubiyyətlə üzləşdi. Hazırda 4-cü sırada qərarlaşmış komandamız ilk pillədə məskunlaşan `Xəzər-Lənkəran`dan 6 xal geridə qalır. Komandamızın aparıcı oyunçularından Namiq Yusifov `Qarabağ`ın son durumu və hədəflər barəsində danışdı:`Sumqayıt-Şəhər`ə məğlubiyyət heç yerinə düşmədi. Uduzmaq istənilən halda pisdi. İndi hamı sonuncu yerdə gedən komandaya uduzmağımızın səbəblərini axtarır. `S-Ş`lə 2 oyunda 5 xal itirməyimizi heç kim gözləmirdi. Rəqibə ağıllı müdafiə olundu. Bəlkə də hər 2 oyunda ilk qolu vursaydıq 3-4-cünü də vurardıq. Amma bəxtimiz gətirmədi. Ümumiyyətlə, cari birincilikdə elə bil bəxt bizdən yan qaçır. Sonuncu rəqiblə oyunda baş verənlər yanaşı `Qəbələ`yə son dəqiqədə penaltini vura bilmədik, `Rəvan`la görüşdə boş qapıya düşə bilmədik əvəzində rəqib son saniyədə heç nədən qapımıza qol vurdu. Elə `Neftçi`ni 2:0 məğlub edərkən komandaya elə bil nəsə oldu. Amma biz hər zaman çətin anlarda toparlanmağı bacarmışıq. Yenə də çempionluq üçün mübarizə aparırıq. İlk pillədən 6 xal geridə qalsaq da, özümüzə inanırıq. İndiyə kimi heç bir turda tam heyətlə meydana çıxmamışıq. Ya zədəli ya da cəzalı əskiyimiz olub. Amma yenə də qeyd edirəm ki, biz çətin günlərin komandasıyıq. Keçən il bundan da ağır vəziyyətdəydik. İnşallah, yenidən çıxışa keçib ən yaxşı oyunumuzu göstərmək istəyirik.`