Namiq Yusifov:`Çiynimizə ağır yük düşür`
15 Dek 2011
Namiq Yusifov:`Çiynimizə ağır yük düşür`
`Qarabağ`ımız sabah premyerliqanın debütantı `Rəvan`la qarşılaşacaq. Cari ildə sonuncu dəfə ev oyununa çıxacaq komandamız qələbə qazanaraq doğma arenanı sevindirmək istəyir. Premyerliqanın ilk dövrəsində baş tutan oyunda komandamız hesabda öndə olsa da son dəqiqədə buraxdığı qolla qələbəni əldən vermişdi. Sabah komandamızı yenidən çətin sınaq gözləyir. `Qarabağ`ımızın dayaq yarımmüdafiəçisi Namiq Yusifov `Rəvan`la oyunu belə dəyərləndirib:``Rəvan`la oyun çox çətin olacaq. Komandanın başına Vladislav Qədirov keçdikdən sonra cəmi 1-2 dəfə uduzublar. Hər oyunda xoş təsir bağışlayırlar. Bizə qarşı da xüsusi hazırlaşacaqlar. `Rəvan` çempionatın ən maraqlı komandalarından biridir. Amma buna baxmayaraq biz də 3 xala köklənmişik. Son zamanlar `ev`də uğursuz oynayırırq. Düzdü, kubokda `Sumqayıt-Şəhər` üzərində böyükhesablı qələbə qazandıq. Amma çempionatda son 2 oyunda qələbə qazana bilməmişik. Ona görə də bu dəfə çiynimizə ağır yük düşür. İlk oyunda `Rəvan`a qarşı çox yaxşı oynamışdıq. Çoxsaylı qol imkanlarımız olmuşdu. Amma rəqib mini şansından istifadə etdi. Deməzdim ki, həmin an diqqətsizlik etdik. Amma bu futboldu. Hər şeyə hazır olmaq lazımdı. İnanıram ki, bu dəfə xətaya yol verməyəcəyik. Azarkeşlərimizi stadiona bizi dəstəkləməyə dəvət edirəm. `Rəvan`la oyun nə qədər çətin olsa da ən yaxşısını etməliyik.`