Namiq Yusifov:`Məsələni əlavə vaxta aparmalı deyilik`.
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
6 Dek 2012
Namiq Yusifov:`Məsələni əlavə vaxta aparmalı deyilik`.
`Qarabağ`ımız sabah premyerliqanın XVI turunad `Kəpəz`i qəbul edəcək. Sonuncu pillədə olmasına baxmayaraq əksər oyunlarda sona qədər mübarizə aparan Gəncə təmsilçisi bu dəfə də komandamıza baş ağrısı olmağa çalışacaq. Artıq cari mövsüm 2 dəfə qarşılaşan tərəflərin mücadiləsi gərginliyi ilə yadda qalmışdı. Premyerliqa çərçivəsində qolsuzluğa razılaşan tərəflərin 1 həftə qabaq kubokda baş tutan görüşündə `Qarabağ`ımız əlavə hissədə vurduğu qollarla turu keçən tərəf olmuşdu. `Qarabağ`ımızın yarımmüdafiəçisi Namiq Yusifov `Kəpəz`lə oyunu dəyərləndirib:` Öncə qeyd edim ki, biz çətin oyun gözləyir. Gəncəlilərlə hər 2 oyunumuz oduqca çətin alınıb. Bu dəfə bizdən xal almağa çalışacaqlar. Amma bzi də meydana ancaq 3 xal üçün çıxacağıq. Son zamanlar yaxşı forma yığmağa başlamışıq. Bu oyunda qələbə qazanıb, liderlər qrupunda qalmağı planlaşdırırıq. Amma bunun üçün maksimum güc sərf etməli olacağıq. Çalışacağıq ki, qış fasiləsinə nikbin əhval-ruhiyyədə yollanaq. Qışa kimi `Bakı` və `xəzər-Lənkəran` kimi 2 güclü rəqiblə qarşılaşacağıq. Amma buna qədər `Kəpəz`i fikirləşməliyik. Gəncə klubuyla son 2 oyunumuz bizi buna məcbur edir. Amma biz istənilən halda qələbə qazanmalıyıq. Məsələni əlavə vaxta aparmalı deyilik (gülür)`.