Namiq Yusifov:`Qurban müəllim bunun üzərində işləyir`

single-news
19 Sen 2012

Namiq Yusifov:`Qurban müəllim bunun üzərində işləyir`



`Qarabağ`ımız gündə 2 dəfə olmaqla premyerliqanın VI turunda qarşılaşacağı `Turan`la oyunun hazırlıqlarını davam etdirir. Hazırlıqlarını tam heyətlə sürdürən komandamızda `Qarabağ`ımızın meydanın mərkəzindəki əvəzedilməz ismi Namiq Yusifov AZAL-a sonuncu turdakı məğlubiyyəti, həm də `Turan`la qarşıdan gələn oyunu dəyərləndirib:`Başa düşə bilmirəm, niyə hamı hələ də AZAL-a məğlubiyyətdən danışır. Düzdü, `Qarabağ` kimi komandanın belə məğlubiyyəti yolverilməzdi. Amma heç kim bundan sığortalanmayıb. `Real` da `Barselona`ya eyni hesabla uduzmuşdu. Amma bugün İspaniya çempionu sayılırlar. Bizim sadəcə itirdiyimiz 3 xaldı. Yəni, nəzəri cəhətdən heç nə itirilməyib.Çempionat hələ yeni başlayıb. Daim qabağı baxmalıyıq. İndi hədəfimiz `Turan`la oyundur. `Turan` bu il olduqca əzmkar təsir bağışlayır. AZAL-la oyunumuzdan sonra yəqin daha da həvəsləniblər. Amma biz vəziyyətdən nəticə çıxarmağa çalışacağıq. Qurban müəllim bunun üzərində işləyir. Əmin ola bilərsiz ki, `Qarabağ`a heç nə olmayıb. Görəcəksiz.`

Paylaş

// pop up