Namiq Yusifov:`Uzun illər bu formanı geyinmək istəyirəm.`

single-news
29 Avq 2011

Namiq Yusifov:`Uzun illər bu formanı geyinmək istəyirəm.`



`Qarabağ`ımızın yerli futbolçuya inam siyasəti  özünü doğrultmaqdadır. `Qarabağ`ımızın kapitanlarından biri olan, ötən mövsümdən etibarən sərgilidəyi futbolla hər kəsin rəğbətini qazanan Namiq Yusifov nəhayət milli komandamıza dəvət alıb. 25 yaşlı yarımmüdafiəçi  digər komanda üzvlərimiz Rəşad Sadıxov, Rəşad Sadiqov, Əfran İsmayılov, Rauf Əliyevlə yanaşı Sentyabrın 2-i və 6-sı baş tutacaq Avropa çempionatının seçmə mərhələsində baş tutacaq Belçika və Qazaxıstanla oyunlar üçün millinin düşərgəsinə yollanıb. Namiq  saytımıza verdiyi açıqlamada milliyə dəvət alınması haqqında danışıb:` Millidə oynamaq hər bir futbolçu üçün qürur mənbəyidir.  Yığmamızın sıralarında olmaq sevindiricidir. Əlbəttə, yığmaya çağrılmağı çoxdan gözləyirdim.  Hər futbolçunun hədəfi daim yüksək yerlər uğrunda olmalıdır. Artıq 1 ildən çoxdurki `Qarabağ`ın əsas heyətində müntəzəm olaraq oynayıram. Belə də təbii ki, milli haqqında fikrləşirdim. İndi mənə etimad göstəriblərsə, çalışmalıyam ki ən  yaxşısını edim.  Heç vaxt  əziyyətdən qaçmamışam. Millinin uğur qazanması üçün nə laızmdısa etməyə hazıram.  İnşallah, millidə daimi çıxış edib, uzun illər bu formanı geyinmək istəyirəm.`

Paylaş

// pop up