NAZİM SÜLEYMANOV: "FUTBOLÇULARIM BU GÜN BUNA QADİRDİRLƏR"

single-news
3 Okt 2005

NAZİM SÜLEYMANOV: "FUTBOLÇULARIM BU GÜN BUNA QADİRDİRLƏR"



Matç öncəsi Mətbuat Konfransı keçirildi. Bundan öncə isə, "Xəzər-Lənkəran" Klubunun Baş Məşqçisi Nazim Süleymanov "Qarabağ"ın geyinib-soyunma otağına gələrək, komandanı təbrik elədi. Mətbuat Konfransında da, Nazim bəy təbriklə başladı: "Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm. Komanda layiqli qələbə qazandı. Bizim komanda isə bacardığını etdi. Komandamın bu gün edə biləcəyi bu idi. "Qarabağ" bu gün bizdən daha güclü idi və nəticə də oyuna görə idi.Futbolçularım bu günkü gündə buna qadirdirlər. Komandamda nizam-intizam və psixoloji cəhətdən çatışmamazlıqlar var ki, bunu da düzəltməyə çalışacağıq." Elxan Abdullayev: "Rəqibi gözəl oyuna görə təbrik edirəm. Bu gün meydanda əsl mübarizə var idi. Hər iki klub istəkli idi, nəticədə biz qalib gəldik. Buna görə komandamı təbrik edirəm. Bizim komanda bundan sonra da öz sözünü deyəcək. Komandamda əhval-ruhiyyə yüksək səviyyədədi, bunun oyunlara da sirayət edəcəyinin hamımız şahidiyik. Günü -gündən meydançada futbolçular arasında anlaşma da artır. Nəticə də göz qabağındadır." Nazim Süleymanov Mətbuat Konfransını tez tərk etdiyindən şəkildə onun olmaması yanlış başa düşülməsin.(Qarabağ FK).

Paylaş