NAZİM SÜLEYMANOV İSTEFAYA GÖNDƏRİLDİ !

single-news
27 Noy 2005

NAZİM SÜLEYMANOV İSTEFAYA GÖNDƏRİLDİ !



Azərbaycan Çempionatının 10 turun daha çox istefalarla yadda qaldı. "MKT-Araz" - "Xəzər Lənkəran" matçında İmişlilərin qələbəsindən sonra, Nazim Süleymanov Baş Məşqçi postundan istefaya göndərildi. Bu vəzifəni yeni baş məşqçi təyin olunanadək Şenol Fidan icra edəcək. Bu qərarları klubun Prezidenti matçdan sonra komanda üzvləri ilə görüşdə verib. Mübariz bəy birinci dövrənin başa çatmasına üç tur qaldığından yeni baş məşqçinin dövrələrarası fasilədə komandaya təşrif buyuracağını deyib.Bundan başqa, iki futbolçu- Marinko Petkoviç və Slaven Stankoviçdə komandadan uzaqlaşdırılıb. Səbəb kimi , onların komandanın səviyyəsinə uyğun olmadığı göstərilib. Bütün bunlar "Xəzər Lənkəran"ın rəsmi saytında verilmiş press relizdə dərc olunub.

Paylaş

// pop up