Nə `Arsenal`, nə də `Barsa`. VİDEO
1 Apr 2010
Nə `Arsenal`, nə də `Barsa`. VİDEO
Çempionlar Liqasının ¼ final mərhələsinin növbəti oyunları keçirilib. Ən çox maraqla gözlənilən `Arsenal` - `Barselona` həqiqətən də maraqlı alındı. Dünyanın ən baxımlı 2 komandasının oyununda ilk yarıda qol vurulmasa da, 2-ci yarıda azarkeşlər qırmızı vərəqəylə yanaşı 4 qolun şahidi oldular. Üstəlik, `Arsenal`ın kapitanı, sabiq `Barsa`lı Sesk Fabreqas penaltiylə hesabı bərabərləşdirdikdən sonra zədələnsə də, sona qədər meydanda qaldı. Belə də, `Barsa` 2 top fərqiylə önə keçsə də, üstünlüyünü qoruya bilmədi.
Digər görüşdə isə `İnter` Rusiya ÇSKA-sını 65-ci dəqiqədə Militonun vurduğu qolla məğlub etdi.
`Arsenal` - `Barselona` 2:2
`İnter` - CSKA 1:0