NƏ İSƏ...
NƏ İSƏ...
ASİF
Hərdən bəzi uşaqların öz həyət-bacalarında yamaqlı bir topun arxacınca qaçdıqlarını, necə istəklə oynadıqlarını görəndə sözün həqiqi mənasında belə ölkədə “futbolsuzluğu”nu sinirə bilmirəm. Hansıki bu uşaqların özlərinə ideal seçdikləri futbolçuları başqa bir ölkənin futbolçuları qarşısında aciz, onların hər mənada qapılarına vurduqları “sillə”lərin qarşılığında başıaşağı qalırlar…
2004-cü ildən “inkşaf” eləyirik. Futbolumuz inkşaf edir – sözünün qarşılığında əks cavaba hər mənada cavab tapmaq olar. Niyə də olmasın? – Futbola sponsorlar cəlb olundu, meydançalar tikilməyə başladı, bazalar hazırlandı, avropasayağı xidmət yaradıldı və s…. deyilənlər hamısına yalnız bir kəlməni - meydançadakı FUTBOL inkşaf elədi – kəliməsini əlavə edə bilmirik.
Bir yaxınımın 7 ay öncə Türkiyədə dediyi kəlimələrin doğruluğuna günü-gündən inanmağa başlayıram – “Bunu unutma - Azərbaycan Futbolu inkşaf edir və edəcək – Yalnız yaşıl meydançanın həndəvərində !” Günlər bir birini əvəz etdikcə bu sözlərin teoremdən çox aksioma çevrildiyini görürəm.
Sual verəcəksiniz ki niyə belə bədbin sözlərə bu qədər haqq qazandırırsan?Cavabı da sadədir- Postsovet məkanının zəiflərindən olan Moldova komandası ilə görüşürük, yenə başımız aşağı. Ərazisi və əhalisi ərazi və əhalimizdən kişik olan Avstriya komandası ilə qarşılaşırıq yenə başımız aşağı. Nə vaxt başımız ucalacaq? Nə vaxt bizim azarkeşlər də meydançaya maraqlı, məzmunlu oyun, bunu nəticəsində uğurlu nəticə qazanmaq inamı ilə gələcəklər? Bu baş verdiyi an biz qürurla deyəcəyik ki – Futbolumuz inkşaf edir! Hələ ki….
Hələ ki sadəcə yuxarıdakı meydançanın həndəvəri misalından başqa bir sözlər ağıla gəlmir. Ya da gələn fikirlər özümüzü aldatmaqdan başqa bir şey deyil. Əgər elə olmasaydı biz futbolçularımız sükanı arxasında oturduqları maşın əvəzinə, onların göstərdikləri futbolla fəxr edərdik. Elə olmasaydı özümüzdən qat-qat zəif rəqibləri onlara verilən pulla müqayisə edərək sonradan bunun əks effektinin əziyyətini çəkməzdik. Əgər elə olmasaydı....
Futbol çox maraqlı oyundu. Lakin onu bacaranlar oynamalıdı. Necə ki, bunu 10-larla ölkə edir. Bizə isə bir şey qalır: onlara baxıb, gözəllikdən həzz almaq....