Nə varsa, səndə var, “Qarabağ”! (penalti.az)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
5 Avq 2011
Nə varsa, səndə var, “Qarabağ”! (penalti.az)
Gözəl oyun və layiqli qələbə
Avrokuboklar bitdi, Premyer Liqa start alacaq. Qarşıdakı bir il ərzində bizim üçün milli futbol ancaq daxili çempionatdan ibarət olacaq. Avropa macəramız isə bu gecə başa çatdı. "Qarabağ" ötən illərdə olduğu kimi bu yayda da bizi qürurlandırdı, sevindirdi, Azərbaycanı layiqincə təmsil etdi. Buna görə ona təşəkkür düşür. "Brügge" səddi aşılmaz qalsa da, ağdamlılar sona qədər, kişi kimi mübarizə apardılar. “Qarabağ” yaxşı oynadı, adına layiq oynadı. Komanda bir daha göstərdi ki, oyun keyfiyyətinə görə ölkənin ən güclüsüdür. Ölkə çempionu ola bilmir, buna baxmayaraq, yeganə ümid yerimiz də “Qarabağ”dır. Söhbət təkcə Bəxtiyar Soltanovun qolundan, “Brügge”ni məğlub etməkdən getmir. Yəqin stadiona gələn azarkeşlərdən heç biri buna görə təəssüflənmədi. Əlbəttə, “Qarabağ” mərhələ adlaya bilmədi, eyni zamanda, azarkeşin gözündəki ümid işığını da öldürmədi. Çox sağ ol, Qarabağ!
Çox sağ olun, uşaqlar. Təşəkkürlər, "Qarabağ"!
“QARABAĞ” (AZƏRBAYCAN) – “BRÜGGE” (BELÇİKA) 1:0
Bəxtiyar Soltanov, 87
Baş hakim: Saşa Kever (İsveçrə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:4