NƏ VAXTA QƏDƏR DAVAM EDƏCƏK?!
NƏ VAXTA QƏDƏR DAVAM EDƏCƏK?!
Görəsən, bu haqsızlıqlar nə vaxta qədər davam edəcək ?! Nə vaxta qədər "Qarabağ"ın xalları niyyətləri bilinəyən insanlar tərəfindən qəsb ediləcək? Görəsən vicdan, axirət qorxusunu bu insanlar qəlblərində kiçik cücərti halında olsa belə ağrısını hiss etmirlərmi? Görəsən, Bu ölkənin futbolunun sabahına qara bir uçurum yaratdıqlarının fərqində deyillərmi? Bu ölkənin futbolunun beynəlxalq sferada modern, hər kəsin hesablaşacağı və təqdir edəcəyi bir futbol yaratmaq istəyən təfəkkürə zərbə vurduqlarından xəbərdar deyillərmi?
"Qarabağ" Futbol Klubu yarandığı gündən etibarən bir məqsədə qulluq edib. Azərbaycan futbolunda yeni səhifə açmaq və bu səhifəyə dürüstlük, ləyaqət prinsipləri əsasında futbolumuza yeni inkişaf salnaməsi yazmaq. Qarşısına bütün sahələrdə komplektləşmiş klub olmaq kimi böyük məqsəd qoyan "Qarabağ" FK bu prinsipin sadəcə sözlə deyil, eyni zamanda əməllə yerinə yetirməyə çalışıb və çalışmaqdadır. Azərbaycanda analoqu olmayan bazanın inşasına start verildi, kluba dünyaca ünlü Rasim Kara texniki direktorluq vəzifəsinə gətirilməsi qarşıya qoyulan planların nə dərəcədə ciddi olduğunu sübut etdi.
Bəli, "Qarabağ" belə məqsədlərlə yola çıxsa da qarşısına süni əngəllər çəkilməyə çalışıb. Ötən mövsüm "Qarabağ" - "Karvan", "Qarabağ" - "Bakı" matçlarında hakimlərin "Qarabağ"a qarşı necə haqsızlıqlar etdiyi cəmiyyətə məlumdur. "Qarabağ" haqqı səsini ucaltsada, lazımi, öz hüququnu, tapdalanan əməyinin haqqının verilməsi üçün nə etdisə heç bir nəticə vermədi. Nə qədər yazılı və əyani surətdə müvafiq orqanlara müraciət etsəkdə haqq səsismizə qulaq verən tapılmadı.
Bizlər, ötən mövsüm "Qarabağ" - "Bakı" oyununda başımıza gətirilən olayaları saytımız vasitəsiyə video görüntüylə bütün dünyaya yayınladıq. Bu video görüntülər qonşu Türkiyədə də böyük maraq cəlb etdi. "Qarabağ" isə öz haqqını qorumaq daha doğrusu, kompleks şəklində tərəqqi etmək baxımından əməli fəaliyyətini davam etdirir. Cari mövsüm, "ev" oyunlarını keçirdiyi Suraxanı stadionunu başdan-ayağa yeniləşdirən klubumuz Avropanın inkişaf etmiş ölkələrində olduğu kimi bir oyunda maksimal surətdə oyunu əhatə etmək üçün yeni kamera qurğuları qurlaşdırdı. Bu kamera qurğularını qurlaşdırmaqda əsas məqsədimiz qeyd etdiyimiz kimi, Avropa standartlarına uyğunlaşmaq olsa da, bu qurğular bizim növbəti dəfə haqsızlığın qurbanı olduğumuzu göstərdi.
"Qarabağ"ın heyəti gənclərdən qurulub. Və bu gənclər bu ölkənin sabahıdır. Bu gənclərlə, komandamız 7 oyun dalbadal qalib gələrək bizim sabahımıza yeni ümid yaratsalar da, bəzi niyyəti bilinməyənlər tərəfindən onların ümidinə, gələcək prespektivinə zərəbə vurur. Bu gənclərin "sındırılmasına" nə ehtiyac var?! Bu gün "Qarabağ"ın heyətində 20-ə yaxın yaşı 20 həndəvərində olan futbolçu var. "Qarabağ"dan başqa heç bir klub bu qədər gəncin xidmətindən istifadə etməyə cəsarət etməzdi. Lakin, bu gənclər ardıcıl 7 oyunda qələbə qazanmaqla bizim düz yolda olduğumuzu göstərdi. Amma aşağıdakı videodan izləyəcəyiniz kimi, bu gənclərin özünəinamı, "Qarabağ" ölkə futbolunun inkişafı üçün həyata keçirdiyi siyasətə hakim tərəfində zərbə vurulur. Bəli, hakim açıq-aydın görünən ofsayd qərarını verməməklə, "Qarabağ"ı deyil, sabahın futbol prespektivinə zərbə vurur. Ofsaydan qapımıza vurulmuş qol "Qarabağ"ın deyil, Azərbaycan futbolunun məğlubiyyətinə gətirir.
Bəli, bu dəfə də haqsızlığa düçar olduq. Lakin bu dəfə heç bir yana müraciət etmirik. Xalqın gözü tərəzidir, deyiblər. Buyurun, özünüz qiymət verin. Və bu haqsız qola heç kim sakit qala bilməz. Heç qola şərh də vermirik. Vicdan daşıyan qəlblər bu yanğını bizimlə paylaşır. Bəs görəsən, bu görüntünü izlərəkən, kiminsə vicdanı tərpənəcəkmi ?!...