Nə zədə, nə isti var idi..
Nə zədə, nə isti var idi..
`Qarabağ`ımız XX çempionatında ilk matçına çıxdı. Ağdamda, Quzanlı qsəbə stadionunda komandamızın rəqibi güclü `İnter` idi. Oyunqabağı komandamız bir-birinin ardınca üzücü xəbərlər aldı. Vüqar Nadirovla, Maksim Medvedevin oynamayacağı öncədən məlum idisə, oyunqabağı son məşqdə Rəşad Sadiqov və Əfran İsmayılovun da oyuna baraxacağı məlum oldu. Belə də, ilk dəfə əvəzedici heyətdən Kamil Hüseynovun adı oyun protokoluna salınsa da, komandamız `bankir`lə görüşə sadəcə `16` futbolçu` sifariş edə bildi. Cari mövsümün ilk maçı yüksək hava temperaturunda baş tutdu. Üstəlik, oyunun gedişində daha bir itkiylə üzləşdik. Ayaq əzələsi zədələnən Zaur Həşimov oyunu vaxtından əvvəl tərk etməli oldu. Zaurun yerinə məcburiyyətdən sağ cinah müdafiəçisi kimi oynayacaq Emin İmaməliyev oyuna daxil olmamış komandamız hesabı aça bildi. Adamiyanın başladığı hücumla oyunu yüksək səviyyədə keçirən Bəxtiyar Soltanov sürətlə irəliləyərək cərimə meydançasına daxil oldu və əlverişli mövqeyə çıxan Raufu `görməsi` qolla nəticələndi.
Əzmkar komandamız hesabı açdıqdan sonra sona qədər mübarizə apararaq hesabı qoruya bildi. Son saniyələrdə akrobatik zərbəsini qapıçımız Bojan Pavloviçin eyni gözəlliklə dəf etməsi komandamızın ilk görüşdə qələbə qazanması anlamına gəldi.
http://www.qarabagh.com/1987/?name=videosif&lang=1
http://www.qarabagh.com/1987/?name=photoview&phid=377&lang=1