"Neftçi" 2:3 "Qarabağ"ımız

11 May 2019
"Neftçi" 2:3 "Qarabağ"ımız
Bu gün Azərbaycan Premyer Liqasında XXVIII turun oyunlarına start verilib.
"Qarabağ"ımız son turda səfərdə "Neftçi" ilə qarşılaşıb. Oyuna sürətli başlayan komandamız 15-ci dəqiqədə Mahirin qolu ilə hesabı açıb. 38 və 40-ci dəqiqələrdə rəqib komanda fərqlənib. Mahir 64-cü dəqiqədə hesabı bərabərləşdirib. Riçard Almeyda 90-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib - 2:3. Bununla da komandamız 2018-2019 mövsümünü çempion olaraq başa vurub.