`Neftçi` Azərbaycan çempionu oldu
2 May 2011
`Neftçi` Azərbaycan çempionu oldu
`Neftçi` 6 illik fasilədən sonra yenidən Azərbaycan çempionu oldu. Sonuncu dəfə 2005-ci ildə çempion olan paytaxt klubu ötən gün Şüvəlan stadionunda AZAL-la keçirilən oyunda çempionluğu bayram etdi.
Bir gün əvvəl `Xəzər Lənkəran`ın `İnter`lə oyunda xal itkisindən yararlanan `Neftçi` AZAL-ı 3:1 hesabı ilə yenib, çempion oldu. Hesabı 15-ci dəqiqədə Cavid Hüseynov açdı. 2 dəqiqə sonra `Neftçi`nin hücumu zamanı Ritus Krjauklis topu öz qapısına göndərdi. 90-cı dəqiqədə Rodriginyo fərqi üç topa çatdırdı. Bir dəqiqə sonra Qvidas Yuşka `Neftçi`nin qapısına yol tapsa da, AZAL-ın gücü təsəllidən o yana keçmədi və `Neftçi` əsas rəqibi `Xəzər Lənkəran`la xal fərqini 10-a yüksəldib, sona üç tur qalmış çempionluğunu rəsmiləşdirdi.