"Neftçi" ilə oyundan öncə Tahir Gözəllə Qurban Qurbanov arasında hansı dialoq yaşanıb? (sportinfo.az)

single-news
8 Apr 2013

"Neftçi" ilə oyundan öncə Tahir Gözəllə Qurban Qurbanov arasında hansı dialoq yaşanıb? (sportinfo.az)



Topaz Premyer Liqasının XXV turunda "Neftçi"ni 2:1 hesabıyla məğlub edən "Qarabağ" həm də tarix yazdı. Sportinfo.Az-ın məlumatına görə, Azərbaycan futbolu tarixində hələ heç vaxt derbi oyunlarda bir komanda digərini ardıcıl olaraq hər 3 matçda məğlub etməmişdi. Bu arada bir maraqlı məlumatı da nəzərinizə çatdıraq ki, sən demə qarşılaşmadan bir gün öncə məşqçilər korpusu ilə görüşən klubun vitse-prezidenti məhz bu tarixin yazılmasını baş məşqçi Qurban Qurbanov qarşısında şərt kimi qoyub. Maraqlı olacağını nəzərə alıb komandaya dəstəyini nümayiş etdirən başqanla Qurban Qurbanov arasında yaşanan kiçik dialoqu sizə də təqdim edirik: Tahir Gözəl - Biz tarix boyunca "Neftçi" 3 dəfə ardıcıl məğlub etmişikmi? Qurban Qurbanov: – "Derbi tarixində heç kim ardıcıl 3 qələbə qazana bilməyib" Tahir Gözəl: – "Heç kim bacarmayib?" Nurlan İbrahimov: – "Derbi tarixində ən böyük seriya "Qarabağ"a məxsusdur. "Qarabağ" 2006-2010-cu illər arasında "Neftçi"yə 11 oyun və ya 1873 gün məğlub olmayıb. Amma tarixboyu heç kim 3 qələbə qazanmaıb" Tahir Gözəl Qurban Qurbanova dönür və deyir: "Qurban hoca, sabah mən "Qarabağ"dan bir ilki gözləyirəm! Hədəfimiz 3-də 3 olmalıdır!!!"

Paylaş

// pop up