"NEFTÇİ" LİDERLİYƏ YÜKSƏLDİ, "G.BİRLİYİ" İSƏ MEYDANI YARIMÇIQ TƏRK ETDİ

single-news
8 May 2007

"NEFTÇİ" LİDERLİYƏ YÜKSƏLDİ, "G.BİRLİYİ" İSƏ MEYDANI YARIMÇIQ TƏRK ETDİ



Azərbaycan Milli Çempionatının növbəti - XXIV turunun oyunları keçirildi. 
Yevlaxda Yerli "Karvan" Zaqatalanın Simurq komandasının qapısından 3 cavabsız top keçirərək qələbəsizlik seriyasına son qoydu. Topları rəqib qapısından 17 və 30-cu dəqiqələrdə Süleyman Kamara, 88-ci dəqiqədə isə Mətləb Məmmədov keçirmişdir.
Digər maraqlı qarşılaşma Qəbələ təmsilçisi "Gilan"la Tovuzun "Turan" komandaları arasında keçirildi. Oyun Qəbələlilərin minimal qələbəsi ilə yekunlaşdı - 1:0.
 "Şahdağ" - "Gənclərbirliyi" oyunu isə "gənclər"in  meydanı tərk etməsi səbəbindən başa çatmamışdır. Oyunun sonuncu dəqiqələri getdiyi zaman hakimin Sumqayıtlıların qapısına penalti təyin etməsi komandanın meydanı tərk etməsinə səbəb olmuşdur. Xatırladaq ki, həmin ana olan hesab 1:1 idi...
Günün mərkəzi oyunu isə heç şübhəsiz ölkənin baş arenasında keçirildi. Burada "Neftçi"  "Bakı"ni qəbul etdi. Çempionluq yarışında mütləq qələbə qazanmalı olan "Neftçi" 76-cı dəqiqədə Samir Əliyevin qolu ilə vacib 3 xal qazandı. Bununla da bir günlük fasilədən sonra yenidən liderliyə yüksələn "Neftçi" prinsipial rəqibi olan "XƏzər Lənkəran"ı bir xal üstələdi.

Paylaş

// pop up