`Neftçi` -`Qarabağ`. 0:0 və 3-cülük

single-news
15 May 2010

`Neftçi` -`Qarabağ`. 0:0 və 3-cülük



`Qarabağ`ımız premyerliqanın final mərhələsinin sonuncu turunda `Neftçi`nin qonağı oldu. Əfran İsmayılov, Rəşad Sadiqovu itirən kiomandamız derbidə eyni zamanda qalxan hərarəti səbəbindən Maksim Medvedevin də xidmətindən yararlana bilmədi. Çempionluq şansını saxlayan komandamız eyni zamanda Lənkərandan gələn xəbəri gözləyəcəkdi. İlk yarıda komandamız ən real qol vəziyyətini Zaur Həşimovla yaxalasa da, müdafiəçinin başla fərqləndiyi epizodda hakim ofsayd qərarı aldı.

İkinci yarı isə təmamilə komandamızın üstünlüyü ilə keçdi. Hələ ilk yarıda `Bakı`nın önə keçməsi xəbərini alan komandamız təmamilə irəli atılsa da...həmin gün `Qarabağ`ın günü deyildi. Dirəkdən dönən 3 zərbə, Elçin Sadıqovun fantastik seyvləri `Qarabağ`ımızın çempionluq ümidlərini cücərməyə qoymadı. Əvəzində `Qarabağ`ımızla eyni durumda olan `İnter` `Qəbələ`ni məğlub etməklə tarixində 2-ci çempionluğuna qovuşdu.

`Qarabağ`ımız isə çempionatı bürünc medallarla bitirdi.

 

Paylaş

// pop up