NEFTÇİ - QARABAĞ 1-0

single-news
6 Dek 2004

NEFTÇİ - QARABAĞ 1-0



"NEFTÇİ": 1.H.Məhəmmədov, 2.İ.Getman, 14.R.Sadıqov, 19.R.Abbasov, 3.A.Tebloyev, 4.E.Quliyev, 11.E.Qəmbərov(5.E.Aslanov,81), 7.M.Qurbanov, T.Vişeviç(13.K.Ələkbərov,80), 22.Z.Tağızadə, 18.V.Rzayev(25.D.Svanidze,90+3). "QARABAĞ": 1.R.Mehdiyev, 5.A.İbrahimov, 8.A.Cabbarov, 16.S.Abbasov, 3.M.Yunusov, 2.A.Kərimov, 7.A.Məmmədov, 14.R.Musayev, (11.E.İmaməliyev,66), 21.İ.Məmmədov, 10.V.Vasilyev, (9.S.Musayev,73), 91.A.Ponomaryov(17.V.Nadirov,82). Sarı vərəqələr: A.Tebloyev,E.Qəmbərov,M.Qurbanov,T.Vişeviç(Neftçi). S.Abbasov,A.Kərimov(Qarabağ). Qırmızı vərəqə: A.Tebloyev(90+3, Neftçi). Matça azrkeşlərin və idman ictimaiyyətinin marağı böyük idi.Hər iki komanda da tribunalara toplaşmış 4000-dən çox azarkeşi məyus etmədi.A.Mircavadovun və İ.Ponomaryovun yetirmələri sözün həqiqi mənasında gözəl futbol göstərdilər. Oyun qonaqların(Qarabağin) üstünlüyü ilə başladı.İlk qol vəziyyətini isə Neftçi yaratdı.T.Vişeviçin sağ cinahdan ötürməsini Zaur Tağızadə qapıya vura bilmədi.Komandamız da borclu qalmadı.Künc zərbəsindən ötürmədən sonra A.Ponomaryovun zərbəsini qapıçı tuta bildi.Bundan sonra cərimə meydançasında Vadimlə Anatoli Bir birini başa düşmədilər.Oyunun 20- ci dəqiqəsində İ.Məmmədovun cərimə zərbəsindən təhlükəli zərbəsini H.Məhəmmədov çətinliklə dəf edə bildi.31- ci qəqiqədə Vidadi Rzayevin təhlükəli zərbəsini qapıçımız Rauf tuta bildi.Bərabər oyunun 1-ci hissəsi 0:0 bitdi. 2-ci hissəyə də komandalar sürətli oyunla başladılar.Hər iki komandanın bir neçə qol şansı oldu.Bunlardan biri isə qapımıza qolla başa çatdı.Yandan ötürmədən sonra E.Quliyev hesabı açdı.Bu oyunun 64- cü dəqiqəsində baş verdi.Bundan sonra irəli atılan komandamız oyunun sonunadək bu hesabı dəyişə bilmədi. Turun bu gün keşirilmiş digər oyunları belə nəticələnmişdir: BAKILI- ŞƏMKİR 0:1 OMİK- ŞƏFA 1:1 KARAT- KƏPƏZ 2:3 GƏNCLƏRBİRLİYİ- ŞAHDAĞ S.1:0

Paylaş