`Neftçi` - `Qarabağ`. 2:0

single-news
3 Apr 2011

`Neftçi` - `Qarabağ`. 2:0



`NEFTÇİ`: Rauf Mehdiyev, Rail Məlikov,  İqor Mitreski, Denis Silva, Slavko Georgiyevski, Rodriginyo,  Flavinyo, Ruslan Abışov, Alessandro da Silva, Rəşad Abdullayev, Bahodir Nasimov

Baş məşqçi: Arif Əsədov

`QARABAĞ`: Boyan Pavloviç, Maksim Medvedev, Rəşad Sadiqov, Namiq Yusifov, Admir Teli, Samir Abbasov,Nadirov, Əfran İsmayılov, Rəşad Sadıqov, Rauf Əliyev, Ansi Aqolli, Georgi Adamiya

Baş məşqçi: Qurban Qurbanov

1`- Oyun başlayır. `Qarabağ`ın təhlükəli hücumu...  lakin Əfrana qarşı qayda pozulur

2`- Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir, lakin top uzaqlaşdırılır

4`- `Neftçi` künc zərbəsini yerinə yetirir. Və hesab açılır 1-0

5`- Rəşad Sadıqov cərimə zərbəsini yerinı yetirir, lakin top meydandan çıxır

8`- `Qarabağ` hücum qurmağa çalışır, lakin Admir Telinin ötürməsi dəqiq olmur

11`- Daha bir hücum... lakin Namiqin ötürməsinə Rauf Əliyev çatmır

16`- Flavinyo zədələnir, ona tibbi yardım göstərilir

17`- `Neftçi` cərimə zərbəsini yerinə yetirir, və top meydandan çıxır

19`- `Qarabağ` hücumu... Adamiya irəliləyir, lakin o topu itirir

21`- Növbəti `Qarabağ` hücumu... Adamiyanın uzaqdan qapıya doğru zərbəsi, lakin top qapının üstündən keçir

24`- Maksim sarı vərəqə alır

26`- Rəşad Sadiqovun Əfran İsmayılova ötürməsi... Əfran irəliləyir, lakin o son anda topu itirir

27`- Hücum davam edir. Adamiyanın qapıya doğru təhlükəli zərbəsi, lakin Rauf Mehdiyev topu dəf edir

28`- Bahodir Nasimov sarı vərəqə alır

29`- `Qarabağ`ın təhlükəli  hücumu... Aqollinin Raufa ötürməsi, lakin Rauf Əliyevə qarşı kobudluq edilir

30`- Əfran İsmayılov cərimə zərbəsini yerinə yetirir. Qapıya doğru qüvvətli zərbə, lakin top çox az fərqlə qapının yanından keçir

33`- `Qarabağ`ın əks hücumu... Adamiyanın Əfrana ötürməsi, lakin Əfran rəqiblə mübarizədə topu itirir

35`- Hakim qaydanın pozulduğunu bildirir, Maksim hakimə etiraz edir, lakin hakim cərimə zərbəsi təyin edir

36`- Rəşad Abdullayev cərimə zərbəsini yerinə yetirir, top qapının üstündən keçir

38`- Komandamızın hücumu... Adamiyanın qapıya doğru qüvvətli zərbəsi... lakin top bir qədər qapının üstündən keçir

40`- Növbəti  hücumumuz...  lakin Əfranın ötürməsinə Adamiya çatmır

42`- `Qarabağ`ın əks hücumu... Raufa ötürmə, lakin yan xətt hakimi Raufun oyundan kənar vəziyyətdə olduğunu bildirir

43`- Daha bir hücum... lakin Əfranın ötürməsi dəqiq olmur

44`- `Neftçi`nin hücumu... Pavloviç topu dəf edir

45+2`- `Qarabağ` hücum qurmağa çalışır... Aqollinin qapı qarşısına ötürməsi, lakin qapıçı topa daha tez çatır. Və hakim ilk hissənin bitdiyini bildirir

46`- İkinci hissəyə `Qarabağ` oyunçu dəyişikliyi ilə başlayır. Samir Abbasovu Nedzipi əvəz edir

47`- Komandamızın hücumu.. Adamiyanın Aqolliyə ötürməsi, lakin Nasimov topu meydandan çıxarır

49`- Rəşad Sadıqov sarı vərəqə alır

50`- Rəşad Abdullayev cərimə zərbəsini yerinə yetirir, qapıya doğru zərbə... Pavloviç asanlıqla topu tutur

52`- Namiqdən Adamiyaya ötürmə, lakin rəqib oyunçu topu meydandan çıxarır

53`- Hücum davam edir. Raufun qapıya doğru təhlükəli zərbəsi, lakin top qapının yanından keçir. Rauf Əliyev zədələnir və ona meydanın kənarında tibbi yardım göstərilir

57`- `Qarabağ`ın əks hücumu... Əfran sürətlə irəliləyir, Adamiyaya doğru ötürmə, qapıya doğru zərbə, qapıçı topu dəf edir. Hücum davam edir... Aqollinin qapıya doğru zərbəsi, lakin top rəqiblərə dəyərək uzaqlaşır

58`- `Neftçi`nin əks hücumu... Pavloviç topu dəf edir

59`- `Qarabağ`da oyunçu dəyişikliyi... Rauf Əliyevi Vüqar Nadirov əvəzləyir

61`- `Neftçi`nin hücumu və top qapıdan keçir, hesab 2-0

63`- Adamiya sürətlə irəliləyir. lakin o topu itirir

66`- `Qarabağ`ın əks hücumu... Əfran sürətlə irəliləyir. lakin hücumun qarşısı alınır. Hücum davam edir, lakin nəticəsizidr

67`- `Neftçi`də oyunçu dəyişikliyi... Bahodir Nasimovu Mpenza əvəzləyir

69`- Nedzipidən Əfrana ötürmə, lakin hakim Əfranın oyundan kənar vəziyyətdə olduğunu bildirir

72`- Növbəti hücum... lakin top meydandan çıxır

73`- Adamiya künc zərbəsini yerinə yetirir. Adamiyanın qapıya doğru zərbəsi, lakin qapıçı topu dəf edir. Qayıdan topa Vüqarın zərbəsi, lakin top qapıdan aralı keçir

75`- Nedzipi Adamiyaya ötürmə, Adamiyanın Aqolliyə ötürməsi, lakin rəqib oyunçu topu meydandan çıxarır

78`- Adamiya irəliləyir, qapı qarşısına ötürməsi, lakin topa çatan olmur. Daha bir hücum. Vüqarın qapıya doğru zərbəsi, lakin top qapının üstündən keçir

79`- `Neftçi`də oyunçu dəyişikliyi.. Rəşad Abdullayevi Araz Abdullayev əvəzləyir

81`- Nedzipinin Rəşad ötürməsi, Rəşad Sadiqovun qapıya doğru zərbəsi, lakin top rəqib oyunçulara dəyir

82`- `Qarabağ`da oyunçu dəyişikliyi... Əfran İsmayılovu Elvin Məmmədov əvəzləyir

83`- Nedzipiyə qarşı qayda pozulur. Rəşad cərimə zərbəsini yerinə yetirir. Qapıya doöru qüvvətli zərbə, lakin çox az fərqə qapının üstündən keçir

85`- Ardıcıl `Qarabağ` hücumları... lakin nəticəsizdi

88`- `Neftçi` hücumu... Pavloviç topu tutur

89`- Komandamızın təhlükəli  hücumu... lakin Rəşad Sadiqov qapıya zərbə vurmaq üçün gecikir

90`- Neftçi`də oyunçu dəyişikliyi...

90+1`- Növbəti hücum.. Adamiyanın qapıya doğru zərbəsi, lakin top rəqib oyunçuya dəyərək meydandan çıxır

90+2`- Nedzipi künc zərbəsini yerinə yetirir, lakin top uzaqlaşdırılır

90+3`- Hakim oyunu bitirir

 

Paylaş

// pop up