`Neftçi`` - `Qarabağ`. 3:2
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5451.jpg)
`Neftçi`` - `Qarabağ`. 3:2
`NEFTÇİ`: Saşa Stamenkoviç, Rail Məlikov, Denis Silva, İqor Mitreski, Slavço Georgiyevski, Flavio, Alessandro da Silva, Araz Abdullayev, Fərid Quliyev, Rəşad Abdullayev, Elvin Yunuszadə
`QARABAĞ`: Boyan Pavloviç, Maksim Medvedev, Rəşad Sadiqov, Namiq Yusifov, Rauf Əliyev, Rəşad Sadıqov, Əfran İsmayılov, Admir Teli, Ansi Aqolli, Adamiya, Roşa
1`- `Qarabağ` oyuna başlayır
3`- `Neftçi` cərimə zərbəsi yerinə yetirir, qapıya doğru zərbə və top qapıının yanından keçir
4`- `Qarabağ`ın əks hücumu... Əfranın qapıya doğru zərbəsi və top qapıdan keçir. QoooooL!
8`- Komandamızın hücumu... Sol cinahdan cərimə meydançasına ötütrmə, lakin qapıçı topu dəf edir. Əfran İsmayılov zədələnir və ona tibbi yardım göstərilir
12`- `Neftçi` hücumu... Fərid Qulyevin zərbəsi və müdafiəçilər topu uzaqlaşdırır
16`- Roşadan cəriə meydançasındakı Əfrana ötürmə, lakin qapıçı topa daha tez çatır
17`- `Qarabağ`ın əks hücumu... Rauf sürətlə irəliləyir... lakin Mitreski ona qapıya zərbə endirməyə mane olur
21`- Hər iki komanda qurmağa çalışsa da, nəticəsizdi
23`- Komandamızın əks hücumu... Əfran sürətlə irəliləyir... O qapıçı ilə üzbəüz qalır, qapıya doğru zərbə və top qapıdan keçir. QOOOOL! Hesab 2:0
24`- `Neftçi`nin əks hücumu... Fərid Quliyevin qapıya doğru zərbəsi Pavloviç topu dəf edir
25`- `Qarabağ`ın əks hücumu... Adamiya sürətlə irəliləyir.. lakin o topu özündə çox saxlayır və topu itirir
26`- `Neftçi` cərimə zərbəsini yerinə yetirir.. Rəşad Abdullayevin zərbəsi və top qapıdan keçir. Hesab 2:1
33`- `Neftçi` hücumu... Pavloviç topu uzaqlaşdırır
35`- `Qarabağ` hücumu... Roşa 2 rəqibini keçir onun Əfrana ötürməsi, lakin Əfrana topa çata bilmir
39`- Roşa künc zərbəsini yerinə yetirir. Lakin müdafiəçilər topu uzaqlaşdırır
41`- Roşadan gözəl ötürmə, lakin Mitreski ötürmənin qarşısını alır
42`- `Qarabağ` künc zərbəsini yerinə yetirir, lakin qapıçı topu tutur
44`- Komandamızın əks hücumu... Roşanın Əfrana ötürməsi, lakin Əfran topu itirir
45`- Daha bir hücum... lakin müdafiəçilər topu meydandan çıxarır. Aqollinin Əfrana ötürməsi... Əfranın qapıya doğru təhlükəli zərbəsi, lakin qapıçı topu dəf edir
45+2`- İlk hissə bitir
46`- İkinci hissəyə `Neftçi` 2 oyunçu dəyişikliyi ilə başlayır. Cavid Hüseynov və Bahadır Nasimov oyuna daxil olur
47`- `Qarabağ` hücumu... Lakin qayda pozulur
48`- Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir. Qapıya doğru qüvvətli zərbə, lakin qapıçı topu dəf edir
49`- `Neftçi`nin əks hücumu... Rəşad Abdullayevin zərbəsi qapıdan aralı keçir
51`- `Qarabağ` hücumu... Adamiyanın qapıya doğru zərbəsi, lakin müdafiəçilər zərbənin qarşısını alır
52`- Daha bir hücum... Adamiyanın Roşaya ötürməsi.. lakin Roşanın zərbəsi qeyri dəqiq olur
55`- `Neftçi `nin əks hücumu... Pavloviç topu dəf edir
59`- Roşa künc zərbəsini yerinə yetirir, lakin top uzaqlaşdırılır
60`- `Neftçi` oyunçusu sarı vərəqə alır
63`- Komandalar hücum qursalar da, son anda qapıya zərbə endirə bilmirlər
67`- `Qarabağ`da ilk oyunçu dəyişikliyi... Roşanı Qara Qarayev əvəzləyir
68`- `Neftçi` hesabı bərabərləşdirir. 2:2
70`- `Qarabağ` hücumu... Aqolli qapı qarşısına ötürməsi... lakin qapıçı topu dəf edir
72`- Netçi` hesabda irəli keçir. 3:2
73`- `Qarabağ`da oyunçu dəyişikliyi.. Adamiyanı Vüqar Nadirov əvəzləyir
77`- Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir. Lakin müdafiəçilər topu uzaqlaşdırır
81`- `Neftçi`də oyunçu dəyişikliyi..
84`- `Qarabağda sonuncu oyunçu dəyişikliyi..Əfranı Bəxtiyar Soltanov əvəzləyir
85`- Rəşad Sadıqov cərimə zərbəsi yerinə yetirir. Lakin top uzaqlaşdırılır
88`- Aqolli qapı qarşısına ötürməsi, lakin Rauf top toxuna bilmir
89`- Rauf sarı vərəqə alır
90`- Oyuna 3 dəqiqə əlavə olunur
90+2`- Maksim sarı vərəqə alır
90+3`- Hakim oyunu bitirir