`Neftçi` - `Qarabağ`. 57 görüş, hərəyə 12 qələbə. Faktlar

single-news
24 Okt 2011

`Neftçi` - `Qarabağ`. 57 görüş, hərəyə 12 qələbə. Faktlar



Sabah Azərbaycan derbisi baş tutacaq. Çempionatın ilk turundan təxirə salınmış oyunda `Qarabağ`ımız `Neftçi`ylə qarşılaşacaq.  Bütün çempionatların iştirakçısı olan tərəflər tarixlərində 57-ci, çempionatlarda isə 45-ci dəfə qarşılaşaqlar. `Qarabağ` Futbol Klubunun mətbuat xidməti ənənəvi olaraq derbi öncəsi qarışdurmayla bağlı bütün maraqlı faktları diqqətinizə çatdırır.
 
`Neftçi` - `Qarabağ` duelləri ilə bağlı maraqlı faktlar
*** İndiyə kimi tərəflər arasında 56 oyun keçirilib
*** 56 oyunun 44-ü çempionatda, 12-si isə kubokda baş tutub
*** Hər 2 klub bütün çempionatların iştirakçısı olsa da, 1993-cü ildə baş tutan 2-ci çempionatda tərəflər reqlamentlə əlaqədar üz-üzə gəlməyiblər
***  Çempionatda tərəflər hərəyə 12 qələbə qazanıb. 2000-2001 mövsümündə `Neftçi`yə 3:0-lıq texniki qələbə verilib
*** Kubokda 5 dəfə qələbə qazansaq da, rəqib 3 dəfə qələbəyə sevinib. 
*** 56 oyunda `Neftçi` 50, `Qarabağ` isə 42 qol vurub
*** `Qarabağ`ımız səfərdə `ağ-qara`lılara 2006-cı ilin fevralın 16-sında məğlub olduqdan sonra ötən ilin noyabrın 28-inə kimi 1873 gün rəqibinə 11 oyunda uduzmamaqla ən uğurlu seriyanı əldə edib.
***  `Qarabağ` - `Neftçi` duellərində ən çox qol vuran futbolçu Müşfiq Hüseynovdur (8).
***  `Neftçi`nin heyətində `Qarabağ`a ən çox qol vurmuş Qurban Qurbanovdur (5)
***  `Qarabağ` baş məşqçisi Qurban Qurbanov, köməkçisi Müşfiq Hüseynovdur
***  Nazim Əliyev, Georgi Adamiya, Tərlan Əhmədov, Vidadi Rzayev hər 2 komandanın heyətində fərqlənən futbolçulardır
*** Səttar Əliyev `Neftçi`yə qol vurmaqla yanaşı bir oyunda avtoqola imza atıb.
*** Duellər tarixində 2-ci avtoqola isə Elxan Müslümov imza atıb (`Qarabağ`)
*** Duellər ərzində tərəflər hərəyə 2 dəfə (`Qarabağ` - Mehman Alışanov, Emin Salmanov. `Neftçi` -  Qurban Qurbanov, Yunis Hüseynov) penaltidən qola sevinsələr də, Mayın 13-ündə Adamiya fərqlənməklə `Qarabağ`ı bir addım önə çıxardı.
*** Adamiya eyni zamanda duellər tarixində het-trik edən yeganə futbolçudur.  30 yaşlı forvard sabiq komandasına 3 qol vurmaqla `Qarabağ`ın `Neftçi` üzərində yeganə böyükhesablı qələbəsini qazandırıb.
*** Elə `Neftçi` də cəmi bir dəfə bunu bacarıb. 2000-ci ilin noyabrın 4-ündə Respublika stadionunda `ağ-qara`ların 4:0-lıq qələbəsi qeydə alınıb.
*** Elə həmin çempionatda `Qarabağ`ın heyətində lisenziyası olmayan futbolçular meydana çıxdığına görə `Neftçi`yə texniki qələbə verilib.
*** `Neftçi`yə ötən mövsümkü məğlubiyyətə qədər `ağ-qara`lılar `Qarabağ`ı yendiyi zaman (27 aprel 2007, 0:2) baş məşqçisi Qurban Qurbanov olub. Qollardan birinə isə hazırda `Qarabağ`ın şərəfini qoruyan Adamiya imza atıb.
*** Tərəflər arasında mücadilə ən çox 2003-04 mövsümündə azarkeş toplayıb (15500)
*** `Qarabağ` - `Neftçi` arasında sadəcə 1 oyunda vərəqə göstərilməyib.Həmin oyundan 11 il keçir
*** İndiyə kimi derbidə 9 qırmızı vərəqə göstərilib
*** Aslan Kərimov  2 dəfə meydanı vaxtından əvvəl tərk etməklə liderdir
*** Qırmızı vərəqə alanlardan Arif Əsədov `Neftçi`nin baş məşqçisi olub, Elçin Rəhmanov isə `hazırda Qarabağ`ın məşqçisidir
*** Hazırda 7 futbolçu hər 2 komandanın heyətində top qovub
*** Tərəflər ən Respublika stadionunda qarşılaşıblar. 27 dəfə
*** İndiyə kimi tərəflər 5 şəhər, 4 qəsəbə, 11 stadionda üz-üzə gəliblər
*** Derbini ən çox Xəqani Məmmədov (11), Rövşən Əhmədov  (8) Vüsal Əliyev  (7) idarə ediblər.
 Qeyd: Bu araşdırma `Qarabağ` Futbol Klubu mətbuat xidmətinindir. İstifadə zamanı istinad zəruridir..

Paylaş

// pop up