`Neftçi` - `Qarabağ`: Derbinin tarixi və tarixlərdə derbi...

single-news
3 Apr 2013

`Neftçi` - `Qarabağ`: Derbinin tarixi və tarixlərdə derbi...



Aprelin 6-sında premyerliqanın XXV turunda Azərbaycan derbisi baş tutacaq. Çempionatın lideri `Neftçi` 3—cü sırada qərarlaşmış komandamızı qəbul edəcək. Bütün çemponatlarda iştirak etmiş rəqiblərin dueli təbii ki, oyun sayına görə də liderdir. Belə də maraqlı faktları araşdıraraq diqqətinizə təqdim edirik..

Bilirsinizmi - `Neftçi` `Qarabağ`ı 11 oyun başqa sözlə, 4 il və ya 1873 gün məğlub edə bilməyib?

Bilirsinizmi – `Neftçi`nin texniki qələbəsinə səbəb hazırda `ağ-qara`ların kapitanı olan Rəşad Sadiqovun karyerası ərzində ilk peşəkar komandası `Qarabağ`ın heyətində meydana çıxması olub?

Bilirsinizmi – Neftçi`nin heyətində `Qarabağ`a ən çox qol vurmuş futbolçu Qurban Qurbanovdur?

Daha da bilmək istəyirsinizsə...

`Neftçi` - `Qarabağ` duelləri ilə bağlı maraqlı faktlar
 
*** İndiyə kimi tərəflər arasında 62 oyun keçirilib
*** 58 oyunun 50-sı çempionatda, 12-si isə kubokda baş tutub
*** Hər 2 klub bütün çempionatların iştirakçısı olsa da, 1993-cü ildə baş tutan 2-ci çempionatda tərəflər reqlamentlə əlaqədar üz-üzə gəlməyiblər
*** Tərəflər arasında ilk görüş 1992-ci ilin Sentyabrın 26-sında baş tutub. Mərkəzi arenada baş tutan görüşdə `Qarabağ`dan Zaur Qarayev derbidə ilk qolun müəllifi kimi tarixə düşsə də, Rüstəm Rəhimovun idarə etdiyi matç Beydiyevin cavab qoluyla 1:1 başa çatıb.
*** Oktyabrın 20-sində isə `İmarət` stadionunda ilk görüş baş tutdu. Bu dəfə də Beydiyev bakılıların heyətində fərqlənsə də, Elşad Əhmədov və Mahir Əliyevin qolları `Qarabağ`ımızın  ilk qələbəsini reallaşdırıb. 
*** Bu tərəflərin çempionatda `İmarət` stadionunda baş tutdan yeganə oyun oldu (hələlik)
*** `Qarabağ` `İmarət`də baş tutan 2-ci və sonuncu oyunda da `ağ-qara`lara qalib gəlib. 1993-cü il mövsümünün kubokunun ¼ finalında komanda yenə 2:1-lik qələbə qazanıb. 28 apreldə baş tutan oyun Ağdamda sonuncu oldu. (`Qarabağ` cavab oyununda qolsuz bərabərliklə mərhələ adladı və sonda `qızıl dubl` reallaşdırdı)
*** Ümumiyyətlə, `Neftçi` müstəqilliyimizin ilk illərində `Qarabağ`ı yenməkdə çətinlik çəkib. İlk 7 derbidə `Qarabağ` `Neftçi`yə qələbə sevinci yaşamağa imkan verməyib.
*** `Neftçi` ilk dəfə 1994/1995 mövsümündə evdə 3:2-lik qələbəyə sevinib.
***  Çempionatda `Neftçi` 14, `Qarabağ` 12 qələbə qazanıb.2000-2001 mövsümündə  `Neftçi`yə 3:0-lıq texniki qələbə verilib
*** `Qarabağ` kubokda 5 dəfə qələbə qazansa da, rəqib 3 dəfə qələbəyə sevinib. 
*** 62 oyunda `Neftçi` 57, `Qarabağ` isə 48 qol vurub
*** `Qarabağ` səfərdə `ağ-qara`lara 2006-cı ilin fevralın 16-sında məğlub olduqdan sonra 2010-nun noyabrın 28-inə kimi 1873 gün rəqibinə 11 oyunda uduzmamaqla ən uğurlu seriyanı əldə edib.
***  `Qarabağ` - `Neftçi` duellərində ən çox qol vuran futbolçu Müşfiq Hüseynovdur (8).
***  `Neftçi`nin heyətində `Qarabağ`a ən çox qol vurmuş futbolçu Qurban Qurbanovdur (5)
***  `Qarabağ`ın baş məşqçisi Qurban Qurbanov, köməkçisi Müşfiq Hüseynovdur
***  Nazim Əliyev, Georgi Adamiya, Tərlan Əhmədov, Vidadi Rzayev hər 2 komandanın heyətində fərqlənən futbolçulardır
*** Səttar Əliyev `Neftçi`yə qol vurmaqla yanaşı bir oyunda avtoqola imza atıb.
*** Duellər tarixində digər avtoqollara isə Elxan Müslümov və Admir Teli imza atıb (`Qarabağ`)
*** Duellər ərzində tərəflər hərəyə 2 dəfə (`Qarabağ` - Mehman Alışanov, Emin Salmanov. `Neftçi` -  Qurban Qurbanov, Yunis Hüseynov) penaltidən qola sevinsələr də, 2011-ci ilin mayın 13-ündə Adamiya fərqlənməklə `Qarabağ`ı bir addım önə çıxardı.
*** Adamiya eyni zamanda duellər tarixində het-trik edən yeganə futbolçudur.  30 yaşlı forvard sabiq komandasına 3 qol vurmaqla `Qarabağ`ın `Neftçi` üzərində yeganə böyükhesablı qələbəsini qazandırıb.
*** Elə `Neftçi` də cəmi bir dəfə bunu bacarıb. 2000-ci ilin noyabrın 4-ündə Respublika stadionunda `ağ-qara`ların 4:0-lıq qələbəsi qeydə alınıb.
*** Elə həmin çempionatda `Qarabağ`ın heyətində lisenziyası olmayan futbolçular meydana çıxdığına görə `Neftçi`yə texniki qələbə verilib. Həmin futbolçulardan biri isə hazırda `Neftçi`nin kapitanı olan Rəşad Sadiqovdur.
*** Rəşad Sadiqov eyni zamanda hər 2 iki komandanın kapitanı statusunu daşıyıb
*** `Neftçi`yə 2011-ci ilin Noyabrın 28-də ki məğlubiyyətə qədər `ağ-qara`lar `Qarabağ`ı yendiyi zaman (27 aprel 2007, 0:2) baş məşqçisi Qurban Qurbanov olub.
*** Tərəflər arasında mücadilə ən çox 2003-04 mövsümündə azarkeş toplayıb (15500)
*** `Qarabağ` - `Neftçi` arasında sadəcə 1 oyunda vərəqə göstərilməyib.Həmin oyundan 11 il keçir
*** İndiyə kimi derbidə 10 qırmızı vərəqə göstərilib
*** Aslan Kərimov  2 dəfə meydanı vaxtından əvvəl tərk etməklə liderdir
*** Qırmızı vərəqə alanlardan Arif Əsədov `Neftçi`nin baş məşqçisi olub, Elçin Rəhmanov isə hazırda `Qarabağ`ın məşqçisidir
*** Hazırda 8 futbolçu hər 2 komandanın heyətində top qovub
*** Namiq Yusifov `Qarabağ` - `Neftçi` - `Qarabağ`, Rəşad Sadiqov isə `Neftçi` - `Qarabağ` `Neftçi` marşurutu üzrə hərəkət edib.
*** Tərəflər ən çox Respublika stadionunda qarşılaşıblar - 27 dəfə
*** İndiyə kimi tərəflər 5 şəhər, 5 qəsəbə, 13 stadionda üz-üzə gəliblər

Qeyd: Bu araşdırma `Qarabağ` Futbol Klubu mətbuat xidmətinə məxsusdur. İstifadə zamanı istinad zəruridir. 

Paylaş