"NEFTÇİ" - "QARABAĞ" MATÇLARI RƏQƏMLƏRDƏ.

single-news
4 Dek 2004

"NEFTÇİ" - "QARABAĞ" MATÇLARI RƏQƏMLƏRDƏ.



Tərəflərdən birinə qələbə gətirən 13 oyundan 8-i minimal hesabla bitib.Bir dəfə 3:2, üç dəfə 2:1 və dörd dəfə 1:0.Maraqlıdır ki, bir topun vurulduğu oyunların hamısında "Qarabağ" qalib gəlib. Birinci hissədə "Neftçi" 17,"Qarabağ" isə 12 qol vurub.7 oyunda azarkeş birinci hissədə qol görməyib. Komandalar hərəyə bir dəfə hesabda geri olduğu oyunu qələbəylə bitirib.Həm "Neftçi",hhəm də "Qarabağ" buraxdığı qolun əvəzində rəqibi iki dəfə məyus edib. Ən çox tamaşaçı Tofiq Bayramov adına Respublika stadionunda keçirilən(13.03.2004) oyuna gəlib- 15000.Paytaxtda keçirilən daha iki oyunu 5000 azarkeş izləyib. 21 futbolçu bu komandaların "duelində" hər iki tərəfdə çıxış edib.Onlardan ikisi - Rasim Abışov və Nazim Əliyev bir mövsüm ərzində iki tərəfdə meydana çıxmalı olub. Ağasəlim Mircavadov "Neftçi"nin "sükanı arxasında" 91-ci (34 qələbə, 21 heç- heçə, 35 məğlubiyyət, top fərqi 123-116),İqor Ponomaryov isə "Qarabağ"da 19-cu (13 qələbə, 3 məğlubiyyət, top fərqi 41-12), oyununu keçirəcək. "Neftçi"nin 16, "Qarabağ"ın isə 15 futbolçusu bu matçlarda qol sevinci yaşayıb.Tərlan Əhmədov və Vidadi Rzayev hər komandada bir qola sevinibsə, Nazim Əliyev "Neftçi"də iki,Ağdam klubunda isə bir dəfə rəqibi məyus edib. Bütün oyunlar: 26.09.92 "Neftçi"-"Qarabağ" 1:1 20.10.92 "Qarabağ"-"Neftçi" 2:1 16.10.93 "Neftçi"-"Qarabağ" 1:1 03.04.94 "Qarabağ"-"Neftçi" 1:0 02.10.94 "Neftçi"-"Qarabağ" 3:2 12.02.95 "Qarabağ"-"Neftçi" 0:0 17.07.95 "Neftçi"-"Qarabağ" 2:2 06.03.96 "Qarabağ"-"Neftçi" 1:1 29.04.96 "Neftçi"-"Qarabağ" 2:1 06.06.96 "Qarabağ"-"Neftçi" 2:2 11.12.96 "Neftçi"-"Qarabağ" 0:0 06.05.97 "Qarabağ"-"Neftçi" 2:1 22.11.97 "Qarabağ"-"Neftçi" 1:1 02.05.98 "Neftçi"-"Qarabağ" 1:1 23.09.98 "Qarabağ"-"Neftçi" 1:0 30.01.99 "Neftçi"-"Qarabağ" 0:0 24.04.99 "Qarabağ"-"Neftçi" 1:0 15.05.99 "Neftçi"-"Qarabağ" 0:0 14.11.99 "Neftçi"-"Qarabağ" 2:0 02.04.00 "Qarabağ"-"Neftçi" 1:1 05.11.00 "Qarabağ"-"Neftçi" 0:4 04.03.01 "Neftçi"-"Qarabağ" +:- 12.07.03 "Neftçi"-"Qarabağ" 2:0 13.03.04 "Qarabağ"-"Neftçi" 1:3

Paylaş