“Neftçi” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi

single-news
29 Apr 2026

“Neftçi” – “Qarabağ” oyununun hakimləri müəyyənləşdi



Komandamızın “Neftçi” ilə oyununun təyinatları açıqlanıb.

 

Misli Premyer Liqasında XXI turdan təxirə salınmış matçın baş hakimi Kamranbəy Rəhimov olacaq. Ona Rəhman İmami və Müslüm Əliyev kömək edəcəklər.

 

Rəşad Əhmədov dördüncü hakim, Elçin Məsiyev VAR, Elşad Abdullayev AVAR funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Babək Quliyev, AFFA nümayəndəsi Elgiz Abbasov olacaq.

 

Qeyd edək ki, aprelin 30-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” qarşılaşması saat 20:00-da başlayacaq.

Paylaş

// pop up