“NEFTÇİ - QARABAĞ” RƏQABƏTİ....

single-news
22 Noy 2007

“NEFTÇİ - QARABAĞ” RƏQABƏTİ....



Bir neçə gün sonra Azərbaycanda önəmli derbilərdən olan “Neftçi – “Qarabağ” matçı baş tutacaq. “Qarabağ”la “Neftçi” arasındakı çempionat mücadiləsi  daim öz rəngarəngliyi ilə seçilib. İndiyə kimi 15 çempionatda qarşı qarşıya gələn tərəflər nə az nə çox düz 32 oyunda münasibətlərə aydınlıq gətirməyə çalışıb. Bu oyunların balansında komandamızın 8 qələbəsi gözə çarpır. “Neftçi” isə 11 dəfə qələbəni bayram edib. Top fərqinə gəlincə, 26 dəfə rəqib topu qapıdan çıxarmağa məcbur olsa da, komandamız 36 dəfə eyni işi görməli olub. İlk dəfə rəqibimizlə 1992-ci ildə qarşılaşmışıq. O zaman ilk matçda bərabərə qalsaq da, cavab görüşündə ilk qələbəni qazanmışıq. Növbəti 3 çempionatda rəqibə qələbə sevinci yaşamağa izin verməmişik. Bakılılar ilk dəfə 1994-1995 mövsümündə 3:2-lik qələbə qazanıblar. Ötən mövsümə gəlincə, səfərdə rəqiblə qolsuz bərabərliyə razılaşsaq da, evdə 0:2-lik məğlubiyyət qeydə alınıb.

Kubokda isə 10 dəfə qarşı-qarşıya gəlmişik. Bu qələbə sayında rəqibi minimal sayda üstələsək də, top fərqi “Neftçi”nin xeyrinədir:6:9.

Bu gün komanda bir məşqlə kifayətlənib. Saat 15:30-da baş tutan məşqdə futbolçuların yüksək əhval-ruhiyyədə olduğu gözdən qaçmadı. Millilərdən dönən futbolçularla birlikdə tam heyətlə çalışmaq imkanı əldə edən komandamız sabahdan etibarən bazaya yığışacaq.

QARABAĞ - NEFTÇİ

ÇEMPİONATLARDA

Çempionat   Oyun  Qələbə  Heç-hecə  Məğlubiyyət  Top fərqi

15                32       8          13             11             26-36

 

KUBOKLARDA

Kubok         Oyun  Qələbə  Heç-hecə  Məğlubiyyət  Top fərqi

6                  10       4          3             3             6-9

Paylaş

// pop up