"NEFTÇİ" "QARABAĞ"ı MƏĞLUB EDƏ BİLMƏDİ (ÜÇ NÖQTƏ, 23.08.2005)

single-news
23 Avq 2005

"NEFTÇİ" "QARABAĞ"ı MƏĞLUB EDƏ BİLMƏDİ (ÜÇ NÖQTƏ, 23.08.2005)



"BakI" isə Lənkəranda qələbə qazandI Futbol üzrə Azərbaycan çempionatında 2-ci turun oyunları keçirilib. Dünən bir neçə prinsipial qarşılaşma olub. Ölkə çempionu "Neftçi" rəqib meydanında Ağdamın "Qarabağ" komandasının müqavimətini sındıra bilməyib. "Xəzər-Lənkəran" isə gözlənilmədən öz meydanında paytaxtın "Bakı" komandasına məğlub olub. Ölkə çempionatının bürünc mükafatçısı Yevlaxın "Karvan" komandası isə ardıcıl ikinci məğlubiyyətə uğrayıb. Bu dəfə Yunis Hüseynovun yetirmələri Bakıda "İnter"ə müqavimət göstərə bilməyib. "Gəncə" isə iddialı komandalardan olan MKT "Araz"ı darmadağın edib. İlk turda "Qarabağ"a qalib gələn "Turan" isə Qazaxda böyük hesabla "Göyəzən"i məğlub edib. Keçirilən oyunların nəticələri belədir: "İnter"-"Karvan" - 2:1; "Xəzər-Lənkəran"-"Bakı" - 0:1; "Qarabağ"-"Neftçi" - 2:2; "Göyəzən"-"Turan" - 1:4; "Şahdağ-Samur"-"Olimpik" - 0:0; OMİK-"Gənclərbirliyi" - 1:1; "Gəncə"-MKT "Araz" - 5:0. İki turdan sonra yüz faizlik nəticə göstərən Tovuzun "Turan" və paytaxtın "Bakı" komandaları 6 xalla turnir cədvəlinə başçılıq edirlər. Növbəti turun oyunları avqustun 27-28-də keçiriləcək.

Paylaş

// pop up