“Neftçi” üçün son şans (çempion, 18.09.2006)
18 Sen 2006
“Neftçi” üçün son şans (çempion, 18.09.2006)
Sabah 5-ci turun daha 3 qarşılaşması keçiriləcək. Günün ən maraqlı oyunu “Neftçi” ilə “Qarabağ” arasında keçiriləcək. Son üç turda cəmi bir xal toplayan “flaqman” bu matçda uğur qazanmağa sadəcə, borcludur. Belə ki, 70 illik yubileyində qarşısına çempion olmaq vəzifəsi qoyan Qurban Qurbanovun yetirmələri onsuz da kifayət qədər xal itiriblər. “Qarabağ” isə keçirdiyi ilk iki oyundan maksimum nəticə ilə ayrılıb. Üstəlik, zədəli Azər Məmmədov və Hakan Dəmir də bu oyunda meydançaya çıxa biləcəklər. Dəmir ölkə çempionatında ilk matçını keçirəcək. “Qarabağ” bu dəfə üç xal qazanarsa, zirvə uğrunda mübarizəni daha da gərginləşdirəcək. “Neftçi”nin isə daha bir xal itkisi isə onun iddiasına zərbə vurmuş olacaq.
Daha bir maraqlı matçda “Gilan” “Karvan”ı qəbul edəcək. Yevlax klubu ilk matçda üç xal qazanıb. “Gilan” isə son oyunu maksimum nəticə ilə tamamlayıb. Hər halda “Karvan” bu görüşdə qələbəyə daha yaxındır. Ortababların görüşündə isə “Turan” - “Gənclərbirliyi”ni qəbul edəcək.
18 sentyabr
“Gilan” – “Karvan”
Cəzalı: Yoxdur.
Hakimlər: Anar Niyazov, Aydın Ələkbərov, Mehman Mahmudov, Eldar Nağıbəyov
Hakim-inspektor: Füzuli Nəcəfov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Stadion: Qəbələ şəhər stadionu
“Neftçi” – “Qarabağ”
Cəzalı: Namiq Yusifov (”Qarabağ”)
Hakimlər: Vüsal Əliyev, Azad Q. Hüseynov, İlham Əliyev, Ceyhun Haşımov
Hakim-inspektor: Zahid Əsgərov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Stadion: Tofiq Bəhramov adına Respublika stadionu
“Turan” – “Gənclərbirliyi”
Cəzalı: Yoxdur.
Hakimlər: Rövşən Əhmədov, Azər Məmmədov, Roman Vasilyev, Əli Əliyev
Hakim-inspektor: Əmir Zamanov
AFFA nümayəndəsi: Valeri Hacıyev
Stadion: Tovuz şəhər stadionu