`Neftçi` üçün tam sürətlə...
6 Apr 2010
`Neftçi` üçün tam sürətlə...
`Qarabağ` premyerliqanın final mərhələsinin 5-ci turunda qarşılaşacağı `Neftçi` ilə oyunun hazırlıqlarını davam etdirir. Azərbaycanın tarixi derbisi ərəfəsində hazırlıqlarını Bakıda, Suraxanı qəsəbə stadionunda keçirən komandamız gündə 2 çalışmaya üstünlük verir. Sabahdan etibarən isə komandamız gündə bir çalışmayla kifayətlənəcək. `Xəzər-Lənkəran`la oyunda zədələnərək oyunu vaxtından əvvəl tərk etmək məcburiyyətində qalan Rəşad Sadiqovun zədəsi ciddi deyil. Yarımmüdafiəçi sabiq koamndasına qarşı forma geyinə biləcək. Belədə komandamız tam heyətlə `ağ-qara`larla oyuna hazırlaşır.
Komandamız Aprelin 8-i Ağdama yollanacaq. Aprelin 10-u isə komandamız Quzanlıda `Neftçi`ni qəbul edəcək.