`Neftçi` xalsızdır, `Qarabağ` üçün `Neftçi`

single-news
5 Apr 2013

`Neftçi` xalsızdır, `Qarabağ` üçün `Neftçi`



`Qarabağ`ımız `Neftçi`ylə oyunun hazırlıqlarını davam etdirir. Azərbaycan derbisində tərəflər sabahkı görüşü də nəzərə alsaq daha 4 dəfə qarşılaşmalıdırlar (kubokun yarımfinal görüşləri). Çempionatlar tarixində ən çox üz-üzə gələn komandaların son 2 qarşılaşması olduqca maraqlı faktlarla müşayət olunur. Belə ki, Avqustun 11-də baş tutmuş II, həm də dekabrın 2-də reallaşan XV turda `Qarabağ`ımız 1:0-lıq qələbələr qazanıb. Maraqlıdı ki, təsnifat mərhələsində `Qarabağ`ımız `Neftçi`ylə yanaşı sadəcə `Sumqayıt`a hər 2 oyunda qalib gəlib (6:1 və 3:0). Üstəlik, komandamız bütün komandalardan xal ala bilib. `Ağ-qara`lar isə sadəcə komandamızdan xal ala bilməyib. Əvəzində bakılılar AZAL, `Turan`, `Kəpəz`, `Simurq`u hər 2 oyunda məğlub edib.

Paylaş

// pop up