“Neftçi” yenə birinci başlayacaq (FUTBOL+,16.02.2006)

single-news
16 Fev 2006

“Neftçi” yenə birinci başlayacaq (FUTBOL+,16.02.2006)



Əsas və gənclər yığmalarımızın fevralın 28-dəki oyunları üzündən təqvimdəki dəyişikliklər rəsmi təsdiqlənib. Yəni şənbə və bazar günləri keçirməli olan oyunlar bu gün və sabah baş tutacaq. Özü də “Neftçi” - “Qarabağ” matçı istisna olmaqla, turun matçları bir günə salınıb. Əslində “Neftçi”ylə “Bakı”nın ev oyunlarını eyni arenada keçirdiyini nəzərə alsaq, onlar rəqiblərini başqa günlərdə qəbul etməliydi. Yeri gəlmişkən, dəyişiklik olan 17-ci turda da “Göyəzən” - “Neftçi” oyunu istisna olmaqla qalan 6 görüş fevralın 22-də keçiriləcək. “Neftçi” - “Qarabağ”. İlk dövrədən fərqli olaraq “Neftçi” müdafiəçi sarıdan nəinki korluq çəkmir, əksinə hazırda ciddi rəqabət mövcuddu. Elə “Qarabağ”la birinci dövrədəki matçda ağır zədələnən Ruslan Abbasovla yanaşı, Valeri Abramidze də bu gün meydana çıxa biləcək. Gürcü cəzalı olduğundan son turda “Şahdağ”la səfər oyununu buraxmışdı. Zaur Tağızadə isə bir müddət də kənarda qalacaq. Ayın sonunda Almaniyaya yollanacaq Tağızadənin əməliyyata məruz qalacağı gözlənilir. “Qarabağ”da isə “Neftçi”nin sabiq oyunçusu Cahangir Həsənzadə zədədən əziyyət çəkir. ....

Paylaş