`Neftçi`də baş məşqçi istefaya getdi
22 Fev 2010
`Neftçi`də baş məşqçi istefaya getdi
Azərbaycan Premyer Liqasının təsnifat mərhələsi bitər-bitməz növbəti istefası reallaşıb. Ölkənin populyar komandalarından olan `Neftçi` baş məşqçisi Vaqif Sadıqovla yollarını ayırıb. Sonuncu turda `İnter`dən alınmış məğlubiyyət `ağ-qara`larda cari mövsüm 2-ci dəfə analoji yolu tutmağa vadar edib. Paytaxt klubu birinciliyə Böyükağa Ağayevlə başlasa da, sonradan postu 50 yaşı Sadıqova 3-cü dəfə həvalə ediblər.
Xatırladaq ki, Sentyabrın 1-ində `Neftçi`nin sükanı arxasına gətirlən Vaqif bəy komandasını 19 oyunda meydana çıxarıb və bunlardan sadəcə 3-də məğlub olmuşdu.