"Neftçi"ni Zaur Tağızadə xilas etdi

single-news
11 May 2005

"Neftçi"ni Zaur Tağızadə xilas etdi



31-ci turun qalan üç oyunu ilə tura yekun vuruldu . Mərkəzi görüş T.Bəhramov adına Respublika stadionunda "Neftçi" ilə "Xəzər-L" arasında keçirildi. İlk dəqiqələrdən "Xəzər-L" üstün oyun göstərsə də, Oktay və Samir Əliyev bu imkanlardan istifadə edə bilmədi.Hissənin ortalarına yaxın Adamiyanın fərdi ustalığından sonra"Neftçi" hesabı açdı. Zaur Tağızadə fərqləndi. İlk hissə bu hesabla da başa çatdı. İkinci hissə başlayan kimi, "Neftçi" bir neçə dəfə hesabı öz xeyrinə artıra bilərdi. Lakin bunu edə bilmədilər. Əvəzində təzəcə meydana çıxmış İlqar Qurbanov ilk fürsətdən meydança sahiblərini cəzalandırdı: 1-1 Matçın sonlarında bütün komanda ilə irəli atılan meydan sahibləri Zaur Tağızadənin başla mükəmməl zəbəsindən hesabı öz xeyirlərinə dəyişə bildilər. 2:1. Digər matçlardan "Bakı" ikinci dəfə meydanı qolsuz heç-heçə ilə başa vurdu. Bu dəfə onlar "MOİK"in müqavimətini qıra bilmədilər. "Karvan" isə "Şəfa" stadionunda "Bakılı"nın qapısından beş cavabsız top keçirərək aktivinə növbəti üç xalı yazdı. Beləliklə, 31 turdan sonra, "Qarabağ" 70 xalla vahid liderdir. "Xəzər-L" və "Neftçi" 69 xalla ikinci üçüncü yerləri bölüşdürürlər.Növbəti turun oyunları mayın 14-ü və 15-də keçiriləcək.

Paylaş

// pop up