"Neftçi"ylə oyunda stadionda ol, "Şerif"lə matça biletini al!
25 Avq 2018
"Neftçi"ylə oyunda stadionda ol, "Şerif"lə matça biletini al!
"Qarabağ"ımız Azərbaycan Premyer Liqasının III turunda sabah "Azərsun Arena" "Neftçi"ni qəbul edəcək. Oyuna gələcək azarkeşlərimizin avqustun 30-u Avropa Liqasının pley-off mərhələsinin cavab matçında baş tutacaq "Şerif"lə qarşılaşmaya məhz "Azərsun Arena"da biletlərini ala biləcəklər. "Azərsun Arena"nın kassasında bilet satışı saat 18:00-dan başlayacaq.
