Nəriman Axundzadə MLS klubuna transfer olundu

single-news
10 Fev 2026

Nəriman Axundzadə MLS klubuna transfer olundu



Klubumuzla ABŞ təmsilçisi "Kolumbus Kru" arasında danışıqlar yekunlaşıb. Nəriman Axundzadənin MLS klubuna keçidi barədə razılıq əldə olunub.
 

"Qarabağ"ın yetirməsi olan Nəriman Premyer Liqada meydana çıxdığı 84 maçtda 24 golla yadda qalıb. O, komandamızın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.
 

Azərbaycanın U-19 ve U-21 yığmalarında oynayan Nəriman, milli komandanın heyətində 13 oyunda meydana çıxıb.
 

Bu illər ərzində klubumuzun uğurları üçün çalışan Nəriman Axundzadəyə göstərdiyi əzmə, peşəkarlığa və verdiyi töhfələrə görə təşəkkür edir, karyerasının yeni mərhələsində ona uğurlar arzulayırıq.

Paylaş

// pop up