Nəriman Axundzadə U-21-də

5 Okt 2024
Nəriman Axundzadə U-21-də
Klubumuzun futbolçusu Nəriman Axundzadə Azərbaycanın U-21 millisinə çağırılıb. O, 21 yaşadək futbolçulardan ibarət yığmanın oktyabrın 7-də Bakıda başlayacaq təlim-məşq toplanışına qatılacaq.
Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Belfastda Şimali İrlandiya, 15-də isə Bristolda İngiltərə yığması ilə qarşılaşacaq.