NƏŞƏLİ MƏŞQLƏR...
NƏŞƏLİ MƏŞQLƏR...
"Qarabağ"Futbol Klubu təlim məşqin növbəti gününü də başa vurdu. Bir gün öncəki bir dəfəlik məşqin ardından komanda bu gün 3 dəfə - səhər yeməkdən öncə fitness klubda, sonra isə yerli vaxtla 11:00 və 17:45-də meydançada məşqlər etdilər. Əgər səhər Baş Məşqçi Rasim Kara komandasının əsasən fiziki hazırlığına daha çox diqqət ayırırdısa, axşamkı məşq bütünlüklə taktiki hazırlıq üzərində qurulmuşdu...
Məşqlərin sonunda Baş Məşqçi Rasim Kara fikirlərini saytımızla bölüşdü: "Hazırlığımız plana uyğun davam edir. Uşaqların fiziki hazırlığı günü-gündən artır. 7-də Vestel Manisasporla matçın ardından, ayın 9-da Laktat test vasitəsilə uşaqları yoxlayacağıq. Yoxlamanı Türkiyə Milli komandasının Baş Həkimi Bülent Bayraktar aparacaq. Gənclərin təcrübəli futbolçularla meydanda anlaşması daha da yaxşılaşır.Azarkeşlərimiz istədiyi bir "Qarabağ"ı yaratmaq üçün bütün əməyimiz səfərbər etmişik. İnşallah bunun bəhrəsini ən yaxın zamanda birlikdə görəcəyik..."
Komandanın məşqlərinə Türkiyə Mətbuatından da maraq böyükdür. Tanınmış türkiyə qəzetləri - "Sabah", "Fotomaç", "Fotospor", "12-ci adam" komanda haqqında müxtəlf səpgili yazılar yazmışdır. Bundan başqa demək olar ki komandanın hər məşqinə fotomüxbirlər gələrək Rasim Kara, eyni zamanda milli komandamızın futbolçularının fotolarını çəkirlər....