NƏTİCƏLƏR BƏLLİDİR . . .
15 Noy 2005
NƏTİCƏLƏR BƏLLİDİR . . .
Saytımızda sayt ziyarətçiləri, azarkeşlərimiz arasında keçirdiyimiz növbəti sorğu başa çatdı.Komandamızın birinci dövrədən sonra neçənci pilləni tutacağı haqqında azarkeşlərimizin nə fikirləşməsi, komandamızın gücünün azarkeşlərimizin dəyərləndirməsi baxımından sorğu bizim üçün də önəmli idi. İki həftəyə yaxın müddət ərzində davam edən sorğumuzun nəticələri artıq bəllidir. Səsvermədə iştirak edən respondentlərin 33%-i "Qarabağ"ın ilk dövrəni 6-cı yerdə başa vuracağına səs vermişlər. İkinci yeri 27% səslə "dördüncü yer" tutur. Azarkeşlər qalan dörd turdan sonra "Qarabağ"ın dördüncü pilləyə qədər yüksələcəyinə inanır. Digər yerlərin respondentlər arasında səslərə görə düzülüşü isə aşağıdakı kimidir:
Sonrakı yerlər - 26%
İlk üçlükdə - 10%
Beşinci - 4% .
Saytımızda növbəti sorğu çempionatın son turunda "Göyəzən" üzərində qələbədə hansı futbolçunun daha çox rolu olması barədədir.
Səs verin və layiq olanı seçin!