Niderlandın məşhur nəşri "Qarabağ"ımızdan yazdı

Niderlandın məşhur nəşri "Qarabağ"ımızdan yazdı
Niderlandın məşhur "de Volkskrant" nəşri "Qarabağ"ımızdan reportaj hazırlayıb. Yazıda "Qarabağ"ın təmsil etdiyi Ağdamın düşməndən azad edilməsi, "İmarət" stadionunun tamamilə dağıdılması, klubun doğma şəhərindən uzaqda olmasına baxmayaraq uğurlu çıxışı qeydə alınıb. Eyni zamanda klubumuzun bazasında olan qəzetin əməkdaşı baş məşqçimiz Qurban Qurbanovdan da komandanın uğurlu çıxışı haqqında fikirlərini və məşqçimiz Müşfiq Hüseynovdan yenidən şəhərin işğaldan azad olunması, "İmarət"ə qayıtmaq haqda duyğularını öyrənib. Həmçinin yazıda "Qarabağ"ımız "Qafqazın "Barselona"sı" kimi təqdim edilib.
Yazı ilə buradan tanış ola bilərsiniz: https://www.volkskrant.nl/sport/het-enige-succes-waar-fk-qarabag-27-jaar-echt-naar-snakte-was-de-herovering-van-hun-thuisstad-agdam~b50e67a8/