NİK-dən növbəti cəza dalğası

single-news
2 Okt 2012

NİK-dən növbəti cəza dalğası



AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 İK Premyer Liqanın VII turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

Premyer Liqanın VII turunun “Qəbələ” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub.

Premyer Liqanın VII turunun “Simurq” – “Qarabağ” matçının 66-cı dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2 min manat cərimələnib.

Premyer Liqasının VII turunun “Turan” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba min manat cəza kəsilib.

Oyunun 23-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 15 nömrəli futbolçusu Ruslan Abışov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Lakin matçın videoyazısını izlədikdə futbolçunun məqsədinin topa zərbə endirmək olduğu aşkar edilib və epizod təhlükəli oyun kimi qeydə alınıb. Bu səbəbdən futbolçuya göstərilən qırmızı vərəqə ləğv edilir və epizod sarı vərəqə ilə qiymətləndirilib.    

Oyunun fasiləsində “Xəzər Lənkəran” klubunun məşqçisi Zaur Ramazanov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 5 min manat cərimə olunub.

Matçın 78-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 5 nömrəli futbolçusu Elnur Allahverdiyev hakimə tüpürdüyünə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 6 oyunluq cəzalanır, klub 5 min manat cərimələnib.

Premyer Liqanın VII turunun “Sumqayıt” – “Bakı” matçının 27-ci dəqiqəsində “Sumqayıt” klubunun məşqçisi Etibar Tanrıverdiyev hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, kluba 5 min manat cərimə tətbiq edilib.

Paylaş

// pop up