NİK ƏN BÖYÜK CƏZANI RAUF MEHDİYEVƏ VERDİ . . .
2 Noy 2005
NİK ƏN BÖYÜK CƏZANI RAUF MEHDİYEVƏ VERDİ . . .
Dünən Nizam-İntizam Komitəsinin (NİK) növbəti iclası keçirilib. "Turan" - "Neftçi" və "MKT-Araz" - "Bakı" oyunlarında baş verən qalmaqallar tədbirin əsas müzakirə obyekti olub.
Daim prisipiallığı ilə seçilən "Turan" - "Neftçi" oyununda Junivan Suares ("Turan") və Valeri Abramidze ("Neftçi") görüşün baş həkimi Azad Mütəllibovun qərarına əsasən meydandan qovulublar. NİK Mütəllibovun qərarını düzgün hesab edibreferinin əməyi 8,1 balla qiymətləndirib.
"MKT-Araz" - "Bakı" gorüşündə oyundan sonra məğlubiyyətlə barışmayan bakılıların qapıçısı Rauf Mehdiyev rəqib komandanın futbolçusuna yumruq zərbəsl endirib. NİK isə qapıçının bu hərəkətini nizam-intizam tədbirlərə haqqında əsasnamənin 47-ci maddəsinin pozulması kimi qəbul edərək, Mehdiyevi 4 oyunluq cəzalandırıb. Ancaq Raufun cəzası bununla bitməyib. Qapıçının hərəkətinə görə onun klubu 20 milyon manat da ödəməlidir. NİK Raufa nisbətən Xalid Muradov ("MKT-Araz") və Orxan Mirzəyevə ("Bakı") qarşı ürəyiyumşaqlıq edib. 2 oyunluq cəzalanan futbolçular komandalarını da hərəyə 10 milyon manat xərcə salıblar. Bu oyunda İmişlı klubu 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığından, 51-ci maddəyə görə 5 milyon da cərimələnib. Beləliklə, qalmaqallı görüşdə "MKT-Araz" 15, paytaxt futbolçuları isə 30 milyon manat ziyana düşüb...